Peskov: Kreml Ermənistandakı vəziyyətin gedişatını həyəcanla izləyir25 Fevral 2021, 15:10 (GMT +4) Bakı, 25 fevral, SalamNews. Kreml Ermənistandakı vəziyyətin gedişatını həyəcanla izləyir, amma hesab edir ki, bu yalnız ölkənin daxili işidir.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Moskva ilə İrəvan arasında Ermənistandakı vəziyyətlə bağlı hələ heç bir əlaqə yaradılmayıb, lakin ehtiyac olarsa tez bir zamanda təşkil edilə bilər.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib və xalqına qarşı güc tətbiq etməməsi barədə xəbərdarlıq edib.
|