Paşinyan Respublika Meydanında tərəfdarlarının qarşısına çıxıb25 Fevral 2021, 14:41 (GMT +4) Bakı, 25 fevral, SalamNews. Ermənistan Baş naziri Nikol Paşinyan hökumət binasının qarşısındakı Respublika Meydanında onun çağırışına toplanan tərəfdarlarının qarşısına çıxıb. Bu barədə hadisə yerindən "TASS" müxbiri məlumat verir.
SalamNews xəbər verir ki, vətəndaşlar onu "Nikol baş nazirdir" şüarları ilə salamlayıb.
"İstefamın problemi həlli edəcəyinə əmin deyiləm. Bir neçə həll yolu təqdim etdim. Ölkə polisi və Milli Təhlükəsizlik Xidmətinin rəhbərlərinin Baş Qərərgah kimi açıqlama verəcəyindən narahat deyiləm", Paşinyan tərəfdarları qarşısında deyib.
|