Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ATU-nun qonağı olub (FOTO)

24 Fevral 2021, 15:25 (GMT +4)

Bakı, 24 fevral, SalamNews. Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Hayeni qəbul edib.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli Vətən müharibəsi zamanı göstərilən hərtərəfli dəstək üçün cənab səfirə öz təşəkkürünü bildirib. 

SalamNews -un verdiyi xəbərə görə,görüşdə Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə uzun illərə dayanan əməkdaşlıq münasibətlərinin tibb sahəsi üzrə də sürətli inkişafından söz açılıb və bu əməkdaşlığın genişləndirilməsi barəsində fikir mübadiləsi aparılıb. 

Görüş zamanı rektor G.Gəraybəyli son illər ATU-nun beynəlxalq əlaqələrinin genişləndiyini bildirərək, əməkdaşlıq qurulan ali məktəblərin sayının artdığını da xatırladıb: “Hazırda dünyanın 30-a yaxın ölkəsindən olan 85-ə yaxın ali təhsil və elmi-tədqiqat qurumları ilə əməkdaşlığımız mövcuddur. ATU əcnəbi tələbə sayına görə ölkənin lider universitetidir. Belə ki, Tibb Universitetində 37 ölkədən 2526 nəfər xarici vətəndaş təhsil alır. Ali məktəbimizdə Pakistandan da 24 tələbə təhsil alır”.

Rektor G.Gəraybəyli Pakistandan olan tələbə sayının artırılması, gələcəyin həkimlərinin mübadiləsinin təşkil olunması, birgə elmi araşdırmaların aparılması üçün səyləri gücləndirməyin vacib olduğunu bildirib.

Pakistanın ölkəmizdəki Səfiri Bilal Haye də öz növbəsində Azərbaycan hökumətini və xalqını böyük qələbə münasibətilə təbrik edib. Səfir Dağlıq Qarabağ məsələsində Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini bildirib. Səfir həmçinin Azərbaycan Tibb Universiteti ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi, qarşılıqlı layihələrin icrası ilə bağlı atıla biləcək addımlardan danışıb.

Görüşün sonunda 2020-ci ildə Azərbaycan Tibb Universiteti öz 90 illik yubileyini qeyd etdiyini bildirən rektor Gəray Gəraybəyli cənab səfirə ATU-nun 90 illik yubiley medalını təqdim etmişdir. 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisi İqbal Abdullayev iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Aprel 2021, 09:04 (GMT +4)
Əfqanıstanla bağlı İstanbulda keçirilməsi nəzərdə tutulan konfrans təxirə salınıb

21 Aprel 2021, 09:00 (GMT +4)
İlham Əliyev: Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq

21 Aprel 2021, 04:40 (GMT +4)
Ramazanın səkkizinci gününün duası – iftar və imsak vaxtı

20 Aprel 2021, 18:03 (GMT +4)
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb

20 Aprel 2021, 17:57 (GMT +4)
İqtisadiyyat Nazirliyi ilə NEXI arasında Anlaşma Memorandumu imzalanıb

20 Aprel 2021, 17:51 (GMT +4)
Gürcüstan Aİ-yə Batumidə sammit keçirməyi təklif edib

20 Aprel 2021, 17:49 (GMT +4)
Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

20 Aprel 2021, 17:44 (GMT +4)
Şəmkirdə yol polisi reyd keçirib

20 Aprel 2021, 17:34 (GMT +4)
Hərbi Prokurorluq: İndiyədək 2 889 şəhidin nəşi müayinə edilərək şəxsiyyəti müəyyən olunub

20 Aprel 2021, 17:29 (GMT +4)
Qasim Süleymaninin silahdaşlarından olan iranlı general koronavirusdan vəfat edib

20 Aprel 2021, 17:22 (GMT +4)
Təhsil Nazirliyi: Gələn həftədən birinci sinfə şagird qəbulu başlayır

20 Aprel 2021, 17:13 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

20 Aprel 2021, 17:03 (GMT +4)
Kreml xarici tərəfdaşları "Rusiyaya qarşı psixozdan" əl çəkməyə çağırır 

20 Aprel 2021, 16:58 (GMT +4)
AQTA vaxtı keçən məhsulları satışdan çıxarıb

20 Aprel 2021, 16:45 (GMT +4)
Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib

20 Aprel 2021, 16:42 (GMT +4)
Azərbaycanda son sutkada 2 197 nəfər koronavirusa yoluxub, 34 nəfər vəfat edib

20 Aprel 2021, 16:39 (GMT +4)
Həyətində narkotik becərən şəxs saxlanılıb

20 Aprel 2021, 16:35 (GMT +4)
Netanyahu İsraildə davamlı siyasi böhrana görə seçki sisteminin dəyişdirilməsini istəyib

20 Aprel 2021, 16:28 (GMT +4)
Fransa Səhiyyə naziri ölkədə karantinin mərhələli şəkildə ləğvinin tərəfdarı olduğunu açıqlayıb

20 Aprel 2021, 16:21 (GMT +4)
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək

20 Aprel 2021, 16:10 (GMT +4)
Cəlilabadda avtoxuliqanlıq edən sürücülər saxlanılıb

20 Aprel 2021, 15:58 (GMT +4)
Rusiya Bolqarıstanın iki diplomatını persona non-qrata elan edib

20 Aprel 2021, 15:50 (GMT +4)
Daha 4 koronavirus xəstəsinə cinayət işi başlanılıb

20 Aprel 2021, 15:37 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib

20 Aprel 2021, 15:27 (GMT +4)
Çexiya Rusiya ilə bağlı yeni “cavab addımlarını" istisna etməyib

20 Aprel 2021, 15:21 (GMT +4)
Çad prezidenti döyüş cəbhəsində aldığı yaradan ölüb – Çad Ordusu

20 Aprel 2021, 15:12 (GMT +4)
Azərbaycan Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradıb

20 Aprel 2021, 15:01 (GMT +4)
AŞPA Navalnının iyunun 7-dək azadlığa buraxılmasını tələb edə bilər

20 Aprel 2021, 14:55 (GMT +4)
İlham Əliyev “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib

20 Aprel 2021, 14:42 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66