İran koronavirusun Britaniya növünə görə İraqla sərhəd keçidlərini bağlayıb20 Fevral 2021, 14:37 (GMT +4) Bakı, 20 fevral, SalamNews, B.Samid. İran İraqda koronavirusun Britaniya növünün kəskin yayılmasına görə bu ölkə ilə olan sərhəd keçidlərini bağlayıb.
SalamNews FarsNews-a istinadla xəbər verir ki, bu barədə İranın Koronavirusla mübarizə mərkəzi qərar qəbul edib.
Qərara əsasən İranla İraqı birləşdirən sərhəd keçidlərindən Pərvizxan, Xosrəvi, Şuşami, Sumar və Şeyx-Silə növbəti elana qədər İran istiqamətdə hərəkət edəcək müsafirlərin üzünə bağlı olacaq.
Qeyd edək ki, bir neçə gün öncə İranın Səhiyyə mənbələri də Qəzvində koronavirusun Britaniya növünə yoluxma halının aşkarlandığını bildirmişdilər.
|