Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Rusiya Etnoqrafiya Muzeyi Azərbaycan xalçaçılıq və dekorativ-tətbiqi sənətinin şedevrlərini təqdim edir (FOTO)

19 Fevral 2021, 16:05 (GMT +4)

Bakı, 19 fevral, SalamNews. Azərbaycan Milli Xalça Muzeyi bu gün milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan xalça sənətinin həm ölkəmizdə, həm də xarici dövlətlərdə təbliğatı işini uğurla həyata keçirir. Muzeyin beynəlxalq səviyyədə əsas fəaliyyət istiqamətini isə dünya muzeylərində saxlanılan xalçalarımızın Azərbaycana aid olmasının elmi cəhətdən sübutu, onların etiketaj və annotasiyalarında yaranma məkanı kimi ölkəmizin adının qeyd olunması, bu elmi-tədqiqat layihələri çərçivəsində həmin xalçaların kataloqlaşdırılması və sərgilərin keçirilməsi təşkil edir.

SalamNews-un məlumatına görə , bu sahədə əməkdaşlıq layihələri “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən silsilə şəklində həyata keçirilir.

Belə önəmli layihələrdən biri də 18 fevral 2021-ci ildə Rusiya Etnoqrafiya Muzeyində açılış mərasimi keçirilən, yüzdən çox nadir eksponatın təqdim edildiyi “Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” adlı sərgidir.

Qeyd edək ki, Rusiya Etnoqrafiya Muzeyinin ekspertləri Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri ilə birgə Rusiyanın ən böyük etnoqrafik muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri üzərində tədqiqat apararaq, onların məişət təyinatını, istehsalat texnikasını, bədii xüsusiyyətlərini öyrəniblər. Bu tədqiqatların nəticəsi kimi irihəcmli kataloq çap edilib, həmçinin sərgi üçün ən maraqlı əsərlər seçilib. Sərginin açılış mərasimində sərgi ilə eyniadlıhəmin kataloq da ictimaiyyətə təqdim olunub.

Sərgidə Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında qorunan xalqımızın milli qürur mənbəyi və maddi-mənəvi mədəniyyətinin misilsiz nümunələri hesab olunan 40-dan çox xalça və xalça məmulatları, habelə Azərbaycan sənətkarlarının XIX-XX əsrlərə aid digər dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilir. Əksəriyyəti XIX əsrin ikinci yarısı – ХХ əsrin ilk onilliyinə aid xalçalar arasında XVIII əsrin sonunda Bakıda toxunan qədim və əsrarəngiz "Suraxanı" xovlu xalçası da yer alır. Sərgidə ilk dəfə Azərbaycanın bir çox tikmə, basma naxış, mis üzərində döymə və qadın geyim nümunələri də nümayiş olunur.

Qeyd edək ki, sərginin açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin, Sankt-Peterburq Xarici Əlaqələr, Millətlərarası Münasibətlər və Miqrasiya Siyasətinin İcrası və Mədəniyyət komitələrinin nümayəndələri, Azərbaycan Milli Xalça Muzeyinin, Rusiya Etnoqrafiya Muzeyinin, habelə digər muzey və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Rusiya ilə Azərbaycanın ortaq mədəni irsinin zənginliyini və əhəmiyyətini əks etdirən bu layihə iki ölkə arasında dialoq və humanitar əməkdaşlığın inkişafı, muzey kolleksiyalarının qorunması, öyrənilməsi və kütləvi təqdimatı sahəsində uğurlu qarşılıqlı fəaliyyət nümunəsi hesab edilə bilər.

Sonda qeyd edək ki, sərgi 18 may 2021-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xalça Muzeyi Rusiya Etnoqrafiya Muzeyi ilə niyyət protokolu imzalayıb

18 May 2021, 18:02 (GMT +4)
Ağstafa rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

18 May 2021, 17:58 (GMT +4)
Çavuşoğlu: İsrail Ramazan bayramını zəhər etdi

18 May 2021, 17:51 (GMT +4)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

18 May 2021, 17:40 (GMT +4)
Rusiya XİN: Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti yaxından izləyirik

18 May 2021, 17:39 (GMT +4)
İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qarşısını aldığına görə ABŞ-a təşəkkür edib

18 May 2021, 17:30 (GMT +4)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib

18 May 2021, 17:20 (GMT +4)
Prezident dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb

18 May 2021, 17:08 (GMT +4)
İlham Əliyev: Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir

18 May 2021, 16:58 (GMT +4)
Ermənistanın axtarışda olan keçmiş naziri İrəvan hava limanında saxlanılıb

18 May 2021, 16:50 (GMT +4)
Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

18 May 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

18 May 2021, 16:33 (GMT +4)
Misir Qəzzanın yenidənqurması üçün 500 milyon dollar ayırıb

18 May 2021, 16:27 (GMT +4)
Sergey Ryabkov: Moskva dost olmayan dövlətlərin siyahısını genişləndirə bilər

18 May 2021, 16:21 (GMT +4)
Bu il Azərbaycan 19 min tondan artıq qarğıdalı idxal edib

18 May 2021, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edib

18 May 2021, 16:01 (GMT +4)
“Çelsi”də ilin ən yaxşı futbolçusu bəlli olub

18 May 2021, 15:58 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

18 May 2021, 15:55 (GMT +4)
ADY: Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ müəyyən edilməyib

18 May 2021, 15:41 (GMT +4)
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

18 May 2021, 15:35 (GMT +4)
İordan çayının qərbində İsrail qüvvələrinin atəşi nəticəsində 23 fələstinli həyatını itirib

18 May 2021, 15:30 (GMT +4)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib

18 May 2021, 15:23 (GMT +4)
"Yuventus" yeni formasını təqdim edib - (FOTOLAR)

18 May 2021, 15:20 (GMT +4)
ABŞ digər ölkələrə 80 milyona yaxın COVID-19-a qarşı peyvənd dozu göndərmək niyyətindədir

18 May 2021, 15:14 (GMT +4)
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir 

18 May 2021, 15:04 (GMT +4)
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)

18 May 2021, 15:00 (GMT +4)
AFFA "Sumqayıt" və "Zirə"nin şikayətinə baxıb

18 May 2021, 14:51 (GMT +4)
AQTİ: Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir

18 May 2021, 14:39 (GMT +4)
Putin: Rusiya bütün ölkələrlə əməkdaşlığa açıqdır

18 May 2021, 14:28 (GMT +4)
Azərbaycanlılar BMT qərarqahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)

18 May 2021, 14:22 (GMT +4)
Premyer Liqanın qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66