Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA ictimai iaşə müəssisələrinin əsassız cərimələnməsi ilə bağlı iddiaya münasibət bildirib

19 Fevral 2021, 15:00 (GMT +4)

Bakı, 19 fevral, SalamNews. "Ötən il avqustun 18-dən Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə müəssisələrində gündəlik monitorinqlər həyata keçirilir". 

SalamNews-un məlumatına görə, bunu AQTA-nın mətbuat katibi Aysel Fərziyeva "Facebook" səhifəsində bildirib.

Onun sözlərinə görə, AQTA tərəfindən indiyədək respublika üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində 56 388 monitorinq keçirilmiş, sözügedən müəssisələrdə marifləndirmə (izahedici) və nəzarət tədbirləri aparılıb:

"Ölkə üzrə fəaliyyət göstərən 11 086 ictimai iaşə müəssisəsində sıxlıq normalarını əks etdirən lövhələrin yerləşdirilməsinə, 6 745 ictimai iaşə müəssisəsində isə karantin tədbirlərinin icrasına məsul şəxslərin təyin edilməsinə nail olunub. Sahibkarların bu sahədə mövcud tələblər barədə məlumatlandırılması məqsədilə genişmiqyaslı maarifləndirmə işləri həyata keçirilib, ümumilikdə TV və radio vasitəsi ilə 382 çıxış, sosial şəbəkə hesablarında 589 paylaşım, tələblərə dair 100 multimedia materialı hazırlanaraq ictimaiyyətə təqdim edilib.  Eləcə də, metodiki göstərişlərin tələblərini özündə əks etdirən 70 adda poster hazırlanaraq respublika üzrə 11 mindən çox ictimai iaşə müəssisəsində yerləşdirilməsi təmin olunub. Lakin, görülən bütün tədbirlərə baxmayaraq keçirilən monitorinqlər zamanı hələ də qaydaları kobud şəkildə pozan sahibkarlıq subyektlərinə rast gəlmək olur". 

A.Fərziyeva deyib ki, bəzi kafe və restoranlarda xəbərdarlıqlara məhəl qoymadan adambaşına müəyyən edilən sıxlıq normalarına əməl edilməməsi, masalar və oturacaqlararası tələblərin pozulması, məsul şəxslərin təyin edilməməsi, bir masa ətrafında 6 nəfərdən çox şəxsin əyləşməsi ilə korporativ tədbirlərin keçirilməsi halları qeydə alınıb:

"Əfsuslar olsun ki, bəzi kütləvi informasiya vasitələrində ictimai iaşə müəssisələrinin karantin rejimi dövründə əsassız cərimələnməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanır. İddia olunur ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən eyni masa arxasında əyləşən ailə üzvlərinin qaydalara əməl etməməsi əsas gətirilərək sahibkarlıq subyekti barədə inzibati cərimələr tətbiq edilir. Nəzərinizə çatdıraq ki, bu kimi məlumatlar tamamilə reallıqdan kənardır və həqiqətləri əks etdirmir. 

Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən yalnız qanunvericiliyin tələblərinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirilir. Agentik tərəfindən qanunvericilikdə nəzərdə tutulan tələblərə və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl edilmədiyi hallarda sahibkarlıq subyektləri barədə cərimələr tətbiq edilir. 

Nəzərə almaq lazımdır ki, pandemiya şəraiti bütün sahələrə təsirsiz ötüşməyib, sərt karantin rejimi dövründə hətta kafe və restoranların fəaliyyəti bir müddət məhdudlaşdırılıb. AQTA və aidiyyəti qurumların həyata keçirdiyi reydlər zamanı məqsəd sahibkarlara qarşı cərimələrin tətbiqi deyil, yenidən sərt karantin rejiminə keçməyi zəruri edəcək vəziyyətin yaranmasının, yoluxma hallarının sürətlə artmasının qarşısının alınmasıdır. İctimai iaşə müəssisələri insanların sıx toplaşdığı yerlər olduğundan belə məkanlarda qaydalara əməl edilməməsinin virusun yayılma intensivliyinə birbaşa təsir göstərdiyini nəzərə alaraq sahibkarlar öz məsuliyyətlərini dərk etməli, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməlidirlər. 

Nəzərinizə çatdıraq ki, ictimai iaşə müəssisələrində monitorinqlər bundan sonra da davam etdiriləcək və qaydalara əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək", - deyə o qeyd edib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA ölkəyə bitki toxumlarının gətirilməsi ilə bağlı xəbərdarlıq edib

AQTA 6 müəssisədə nöqsanlar aşkarlayıb

AQTA: Qurban bayramında qəssablardan COVID-19 pasportu tələb olunacaq

AQTA toyların keçirildiyi restoranların nələrə diqqət etməli olduğunu açıqlayıb

AQTA: Bəzi sahibkarlar zalların ölçüsünü nəzərə almadan qeydiyyatdan keçməyə cəhd edir

AQTA: Ukraynadan Azərbaycana gətirilən “Roshen” karamelləri yararsız çıxıb

AQTA yanında İctimai Şuranın iclası keçirilib

AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb, sənədlər Baş Prokurorluğa göndərilib

AQTA ictimai iaşə müəssisələrində kütləvi tədbirlərin keçirilməsi ilə bağlı xəbərdarlıq edib

AQTA Lənkəranda 5 yaşlı uşağın ölümü ilə bağlı açıqlama verib

AQTA yanında İctimai Şura dönərlə bağlı məsələləri müzakirə edib

AQTA qanunsuz heyvan kəsimi ilə bağlı yerli icra orqanlarına müraciət edib

AQTA: 26 müəssisədə kobud pozuntular aşkarlanıb

AQTA vaxtı keçən məhsulları satışdan çıxarıb

AQTA regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyasını genişləndirib

AQTA: İrandan gətirilən xurmanın istehlak üçün yararsız olduğu aşkarlanıb

AQTA quşların kütləvi tələfatı ilə bağlı yayılan xəbərə aydınlıq gətirib

AQTA sədri Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyətini qəbul edib

AQTA: Ən çox nöqsan Xətaidə aşkarlanıb

AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib

03 Avqust 2021, 12:38 (GMT +4)
Azərbaycanda “Aİ-98” markalı benzin cüzi bahalaşıb

03 Avqust 2021, 12:30 (GMT +4)
Yardımlıda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub

03 Avqust 2021, 12:29 (GMT +4)
Ayətullah Xamenei Rəisini təbrik edib və hökumətin tez bir zamanda formalaşdırılmasını istəyib

03 Avqust 2021, 12:28 (GMT +4)
Sahibə Qafarova: Deputatın da, Milli Məclisin də yiyəsi Azərbaycan xalqıdır

03 Avqust 2021, 12:27 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 199 milyona yaxınlaşıb

03 Avqust 2021, 12:20 (GMT +4)
Cəlilabadda "patı" satanlar saxlanılıb

03 Avqust 2021, 12:10 (GMT +4)
Bakıda 161 nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq

03 Avqust 2021, 12:00 (GMT +4)
Azərbaycan baramaçılıq və ipəkçilik üzrə yeni dövlət standartı təsdiq edib

03 Avqust 2021, 11:51 (GMT +4)
Dünya bazarında neft ucuzlaşır

03 Avqust 2021, 11:45 (GMT +4)
İranın yeni prezidenti prioritetlərini açıqlayıb

03 Avqust 2021, 11:40 (GMT +4)
Göyçayda toy sahibləri cərimələnib

03 Avqust 2021, 11:30 (GMT +4)
Bakıda 8 yeni məktəb binası inşa olunur

03 Avqust 2021, 11:20 (GMT +4)
İran vətəndaşınının maşınından “Tramadol" dərmanı aşkarlanıb

03 Avqust 2021, 11:15 (GMT +4)
Tokio Yay Olimpiya Oyunlarına qatılan daha 18 nəfərin koronavirusa yoluxduğu aşkar edilib

03 Avqust 2021, 11:10 (GMT +4)
Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb

03 Avqust 2021, 11:04 (GMT +4)
Tokio-2020: Rafiq Hüseynov erməni güləşçi ilə qarşılaşacaq

03 Avqust 2021, 11:00 (GMT +4)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada aşkarlanıb

03 Avqust 2021, 10:53 (GMT +4)
İranın yeni prezidenti İbrahim Rəisi bu gündən rəsmən öz vəzifəsinin icrasına başlayır

03 Avqust 2021, 10:50 (GMT +4)
Arvadını öldürən məhkəmə hakiminin cinayət işi məhkəməyə göndərilib

03 Avqust 2021, 10:40 (GMT +4)
Füzulidə Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanılıb

03 Avqust 2021, 10:31 (GMT +4)
KİV: Rabitə kanallarını bərpa etməyi Şimali Koreya Cənubi Koreyaya təklif edib

03 Avqust 2021, 10:30 (GMT +4)
Rəsmi Moskva İsrail gəmisinin İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirib

03 Avqust 2021, 10:28 (GMT +4)
Tokio-2020: Daha bir güləşçimiz medalsız qalıb

03 Avqust 2021, 10:23 (GMT +4)
Türkiyə DİN PKK-nın meşə yanğınları ilə əlaqəsinin olduğuna dair xəbərlərə münasibət bildirib

03 Avqust 2021, 10:20 (GMT +4)
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

03 Avqust 2021, 10:10 (GMT +4)
Tovuzda yeni avtomobil tuneli inşa edilir

03 Avqust 2021, 10:06 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanı koalisiyasının PUA-sını vurublar (VİDEO)

03 Avqust 2021, 10:00 (GMT +4)
Bakıda gecə klubunun icarədarı karantin qaydalarının pozulması ilə bağlı 4000 manat cərimələnib

03 Avqust 2021, 09:50 (GMT +4)
Mərakeşdə koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib

03 Avqust 2021, 09:50 (GMT +4)
İyulda 1400-dən çox şəxsə elektron qaydada pensiya təyin olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66