Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda koronavirusdan qoruyan elektron maska və süni tənəffüs aparatı hazırlanıb (FOTO)

11 Fevral 2021, 13:47 (GMT +4)

Bakı, 11 fevral, SalamNews. Ötən il “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində bir neçə məhsul hazırlanıb.

SalamNews xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

Hazırlanan məhsullar aşağıdakılardır:

Elektron qoruyucu maska:

“E-Mask” adını alan bu respiratorda xüsusi elektron müdafiə sistemi mövcuddur. İki batareya ilə işləyən maskanın ön hissəsində virusların öldürülməsi üçün nəzərdə tutulan elektron cihaz var. Maska xüsusi çip vasitəsilə idarə olunur. Xaricdən burun və ağız boşluğu vasitəsi ilə insan orqanizminə daxil olmağa çalışan viruslar maskanın qoruyucu mexanizmi vasitəsilə əngəllənir və insan orqanizminə daxil olmasının qarşısı alınır. Belə ki, viruslar üzərində olan lipid təbəqəsi maskanın qoruyucu membranından daxil olarkən parçalanır və insan orqanizmi üçün təhlükəsini itirir. Asanlıqla dezinfeksiya oluna bilən bu maska digər tibbi maska və respiratorlardan fərqli olaraq çoxdəfəlik istifadə üçün nəzərdə tutulub. Maskanın sənaye modelində enerji mənbəyinin həcmini və insan hərarətini göstərən ekranın yerləşdirilməsi nəzərdə tutulur.

Süni tənəffüs aparatı:

Mövcud cari vəziyyəti nəzərə alaraq hava vurulması servo motorla və kompressorla həyata keçirilən iki növ süni tənəffüs aparatı hazırlanıb. Sadə və sürətli şəkildə hazırlana bilən bu cihazlar təcili və təxirəsalınmaz vəziyyətlərdə ən son müdaxilə vasitəsi kimi nəzərdə tutulub. Koronavirus (COVID-19) infeksiyasının ağır formasına məruz qalmış ciyərlərdə intensiv iltihaba görə yaranan kəskin tənəffüs çətinliyi müşahidə olunur və tənəffüs aparatına zərurət yaranır. Hazırlanmış süni tənəffüs aparatları bu kimi hallarda pasiyentlərin istifadəsi üçün nəzərdə tutulub. Hazırlanmış aparatlara İqtisadiyyat Nazirliyinin iştirakı ilə mütəxəssislər tərəfindən baxış keçirilib. Verilən rəy əsasında son təkmilləşdirmə işləri aparılır.

Üz üçün şəffaf maska:

3D printer vasitəsilə hazırlanan bu maska ön şəffaf hissə və tac olmaqla 2 hissədən ibarətdir. Maska infeksion xəstəliklərlə mübarizə aparan həkimlər, kütləvi təmasda olan şəxslər, eləcə də satıcılar, kassirlər və ictimai nəqliyyatda çalışan sürücülər üçün nəzərdə tutulub. Hazırlanmış maskalarla ilkin olaraq jurnalistlər, Daxili İşlər Nazirliyinin və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları təmin olunub.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada aşkarlanıb

Mərakeşdə koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

İranda son sutkada 411 koronavirus xəstəsinin ölümü qeydə alınıb

Rusiyada koronavirusdan ölənlərin sayı 160 mini keçib

Rusiyada son sutkada 23 807 koronavirusa yoluxma aşkar edilib

İran Səhiyyə Nazirliyi ölkənin 29 əyalətində koronavirusun “Delta” ştammının yayıldığını bildirib

Yaponiyada koronavirusa yoluxmaların sayı artıb

Gürcüstanda son sutkada 25 nəfər koronavirusun yaratdığı fəsadlardan ölüb

Dünyada 196,6 milyondan çox insan koronavirusa yoluxub

Şamaxıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

AZAL-ın bütün uçuş heyəti koronavirus infeksiyasına qarşı peyvənd olunub

Azərbaycanda 101 nəfərə saxta koronavirus sənədi satan vəzifəli şəxslər həbs olunub

İranda koronavirusdan ölənlərin sayı 90 mini ötüb

Gürcüstanda 2 796 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 700-ü ötüb

Tramp koronavirus məhdudiyyətlərinin sərtləşməsinə qarşıdır

Gürcüstanda koronavirusa yoluxanların sayı 410 mini keçib

Rusiyada son sutkada 22.420 koronavirusa yoluxma aşkar edilib

ABŞ-da koronavirusdan peyvəndlənənlərin də maska ​​taxmaları tövsiyə olunur

03 Avqust 2021, 11:00 (GMT +4)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada aşkarlanıb

03 Avqust 2021, 10:53 (GMT +4)
İranın yeni prezidenti İbrahim Rəisi bu gündən rəsmən öz vəzifəsinin icrasına başlayır

03 Avqust 2021, 10:50 (GMT +4)
Arvadını öldürən məhkəmə hakiminin cinayət işi məhkəməyə göndərilib

03 Avqust 2021, 10:40 (GMT +4)
Füzulidə Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanılıb

03 Avqust 2021, 10:31 (GMT +4)
KİV: Rabitə kanallarını bərpa etməyi Şimali Koreya Cənubi Koreyaya təklif edib

03 Avqust 2021, 10:30 (GMT +4)
Rəsmi Moskva İsrail gəmisinin İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirib

03 Avqust 2021, 10:23 (GMT +4)
Türkiyə DİN PKK-nın meşə yanğınları ilə əlaqəsinin olduğuna dair xəbərlərə münasibət bildirib

03 Avqust 2021, 10:20 (GMT +4)
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

03 Avqust 2021, 10:10 (GMT +4)
Tovuzda yeni avtomobil tuneli inşa edilir

03 Avqust 2021, 10:06 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanı koalisiyasının PUA-sını vurublar (VİDEO)

03 Avqust 2021, 10:00 (GMT +4)
Bakıda gecə klubunun icarədarı karantin qaydalarının pozulması ilə bağlı 4000 manat cərimələnib

03 Avqust 2021, 09:50 (GMT +4)
Mərakeşdə koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib

03 Avqust 2021, 09:50 (GMT +4)
İyulda 1400-dən çox şəxsə elektron qaydada pensiya təyin olunub

03 Avqust 2021, 09:42 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan Tunis prezidentini parlamentin buraxılması ilə bağlı qərarını dəyişməyə çağırıb

03 Avqust 2021, 09:40 (GMT +4)
Bu gün müəllim olmaq istəyən 3000-dən çox namizəd üçün təkrar imtahan keçirilir

03 Avqust 2021, 09:30 (GMT +4)
Toy qaydalarını pozduğuna görə daha 1 nəfər barədə cinayət işi açılıb, 89 nəfər cərimələnib

03 Avqust 2021, 09:26 (GMT +4)
İran Britaniya və Rumuniya səfirlərini Tehranda XİN-ə çağırıb

03 Avqust 2021, 09:20 (GMT +4)
Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

03 Avqust 2021, 09:18 (GMT +4)
Türkiyədə hazırda 13 meşə yanğınının söndürülməsi üzrə işlər davam edir

03 Avqust 2021, 09:10 (GMT +4)
Kürdəxanıda ağır yol qəzasında altı nəfər yaralanıb

03 Avqust 2021, 09:00 (GMT +4)
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək

03 Avqust 2021, 07:53 (GMT +4)
Azərbaycan Milli Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti İrana gedir

03 Avqust 2021, 02:19 (GMT +4)
Tokio-2020: Bu gün 4 idmançımız çıxış edəcək

03 Avqust 2021, 01:55 (GMT +4)
Tokio-2020: Medal sıralamasında lider dəyişməyib

03 Avqust 2021, 01:20 (GMT +4)
Tokio-2020: Futbolda Kanada - İsveç finalı olacaq

03 Avqust 2021, 00:48 (GMT +4)
"Chessable Masters": Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə edib

03 Avqust 2021, 00:30 (GMT +4)
Tokio-2020: Kubalı güləşçi tarixə düşüb

02 Avqust 2021, 23:15 (GMT +4)
HİK çox yaxşı komanda oyunu sərgiləyir - Samir Abasov 

02 Avqust 2021, 18:02 (GMT +4)
Ceyhun Bayramov BMT-nin Azərbaycandakı nümayəndəsilə görüşüb

02 Avqust 2021, 17:53 (GMT +4)
İspaniya meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə təyyarə göndərəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66