Suriyada kürd bölmələrinin nəzarətində olan bölgələrdə etiraz aksiyaları keçirilib (VİDEO)
27 Yanvar 2021, 15:33 (GMT +4)
Bakı, 27 yanvar, SalamNews, B,Samid. Suriyada Fəratın şərqində ABŞ-ın dəstəklədiyi kürd bölmələrinin nəzarətindəki bölgələrdə etiraz aksiyaları keçirilib. Kürd bölmələri aksiyaçılara atəş açıb.
SalamNews əl-İxbariyyə telekanalına istinadla xəbər verir ki, bu gün Həsəka və Qamışlı şəhərlərində ABŞ-ın dəstəklədiyi və kürd bölmələrinin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”nə qarşı etiraz aksiyaları keçirilib.
Etirazçılar, bölmələrin nəzarətində olan bölgələrdə gənclərin məcburi şəkildə və qeyri qanuni olaraq “hərbi xidmət”ə cəlb edilməsi, əyalətlərarası nəqliyyatın qarşısının alınması, şəhərlərin mühasirədə saxlanılması və sair məsələlərlə bağlı şüarlar səsləndiriblər.
Məlumata görə aksiyaların dağıdılması üçün kürd bölmələri tərəfindən atəş açılıb.
Qeyd edək ki, Suriyada Fəratın şərqini ABŞ-ın dəstəklədiyi separatçı kürd bölmələri nəzarətdə saxlayır.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.