Rusiyada son sutkada koronavirusa yoluxan 594 nəfər ölüb27 Yanvar 2021, 16:09 (GMT +4) Bakı, 27 yanvar, SalamNews. Rusiyada son sutkada koronavirusa yoluxan 594 nəfər ölüb.
SalamNews xəbər verir ki, bu barədə "Telegram" kanalında virusun yayılmasına qarşı mübarizə üzrə əməliyyat qərargahı məlumat verib.
Ümumilikdə, pandemiya dövründə COVID-19-dan 71076 nəfər ölüb.
Rusiyada son sutkada 85 bölgədə 17.741 koronavirusa yoluxma aşkar edilib.
Epidemiyanın başlanğıcından ölkədə 3 774 672 yoluxma qeydə alınıb.
Əsasən yoluxmalar Moskvada (1837), Sankt-Peterburqda (1813) və Moskva bölgəsində (928) qeydə alınıb.
|