Tərtərdə avtomobil elektrik dirəyinə çırpılıb, ölən var27 Yanvar 2021, 17:26 (GMT +4) Bakı, 27 yanvar, SalamNews. Tərtər rayonunda yol qəzası baş verib.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 26-ı saat 12 radələrində rayonun Qaynaq kəndi ərazisində M.Mirzəyev idarə etdiyi “Reno” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
|