Koronavirus: Merkel pandemiyaya qarşı mübarizədə yol verilən səhvlərini etiraf edib27 Yanvar 2021, 13:20 (GMT +4) Bakı, 27 yanvar, SalamNews. Almaniya kansleri Angela Merkel, hökumətin koronavirus pandemiyasına qarşı mübarizədə səhvlərə yol verdiyini etiraf edib. SalamNews bu barədə DW-yə istinadən xəbər verir.
Dünya İqtisadi Forumunda (WEF) videokonfrans vasitəsi ilə çıxış edən Merkel, COVID-19 ilə mübarizə tədbirlərinin sürətinin qənaətbəxş olduğunu bildirib.
Kansler, pandemiya dövründə məktəblərin təchizatı və səhiyyə idarələri arasında əlaqə vasitələrinin yaradılması kimi məsələlərdə rəqəmsal texnologiyaların inkişafındakı çatışmazlıqlara diqqət yetirdiyini qeyd edib.
|