İranın xarici işlər naziri regiona səfəri çərçivəsində Yerevana gedib (FOTO)27 Yanvar 2021, 12:06 (GMT +4) Bakı, 27 yanvar, SalamNews, B.Samid. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regiona səfəri çərçivəsində Bakı və Moskvadan sonra Yerevana gedib.
SalamNews xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi rəsmi tvitter səhifəsində məlumat yerləşdirib.
Bildirilib ki, Məhəmməd Cavad Zərif bu gün Yeravana səfəri çərçivəsində ermənistanlı həmkarı ilə görüşüb.
Cavad Zərif Yerevana çatan zaman mətbuata verdiyi ilk açıqlamasında bildirib ki, bu səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşəcək.
Cavad Zərif əlavə edib ki, bu görüşlər çərçivəsində iki tərəfli və bir neçə tərəfli əlaqələr müzakirə ediləcək.
|