Bakıda şirniyyat sexində karantin qaydalarının pozulduğu aşkarlanıb (VİDEO)
27 Yanvar 2021, 14:28 (GMT +4)
Bakı, 27 yanvar, SalamNews. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsində karantin qaydalarını pozaraq işçiləri qapalı məkanda tibbi maskadan istifadə etməyən şirniyyat sexi aşkar ediblər.
DİN Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, obyektə baxış zamanı sexdə işləyən 18 nəfər tibbi maskadan istifadə etmədikləri üçün hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib və onlarla profilaktik söhbətlər aparılıb.
Sexi icarə əsasında işlədən Rəfail Əliyevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində araşdırmalar davam etdirilir.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.