İranda cari ildə keçiriləcək prezident seçkilərinin bəzi namizədlərinin adı açıqlanıb27 Yanvar 2021, 10:38 (GMT +4) Bakı, 27 yanvar, SalamNews, B,Samid. “Prezident seçkilərinə namizədlər arasında Qalibaf, Əhmədinejad, İshaq Cahangiri və Cavad Zərif kimi siyasətçiləri görə bilərik.”
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İran Parlamentinin Urmiya üzrə deputatı Vəhid Calalzadə deyib.
O, agentliyə verdiyi müsahibədə bildirib ki, seçkilərin təbliğat-təşviqat kampaniyası dövrününü başlamasına bir neçə ayın qalmasına baxmayaraq, ölkədəki bütün siyasi cinahlar qeyri-rəsmi olaraq əyalətlərdə və eləcə də paytaxt Tehranda toplantılar keçirir və namizədlərini müəyyənləşdirmək istəyirlər.
O bildirib ki, qarşıda gələn seçkilərdə Məhəmməd Baqir Qalibaf (hazırki Parlament sədri), Məhəmməd Cavad Zərif (Xarici işlər naziri), Azəri Cəhromi (Rabitə və İnformasiya texnologiyaları naziri), İshaq Cahangiri (vitse-prezident), Hüseyn Dehqan (sabiq müdafiə naziri) ,Əmirhüseyn Qazizadə, Nikzad, Səid Məhəmməd, Rüstəm Qasimi kimi namizədlər ola bilər.
Urmiyadan olan deputat bildirib ki, Mahmud Əhmədinejadın yaxınlarının bildirdiyinə görə, (cari ilin iyununda) keçiriləcək prezident seçkilərinə namizədlərin arasında sabiq prezident də var.
|