Dünyada koronavirusa yoluxma hallarının sayı 100 milyonu keçib27 Yanvar 2021, 10:22 (GMT +4) Bakı, 27 yanvar, SalamNews. Dünyada koronavirusa yoluxma hallarının sayı 100 milyonu keçib.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti açıqlayıb.
Universitetin məlumatına görə, 100.032.461 nəfər koronavirusa yoluxub, onlardan 2.149.385-i ölüb.
Yoluxma sayına görə ABŞ liderlik edir (25,335,606), onun ardınca Hindistan (10,676,838) və Braziliya (8,871,393) gəlir.
|