Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan və Qazaxıstan birgə işçi qrupu yaradır

27 Yanvar 2021, 13:52 (GMT +4)

Bakı, 27 yanvar, SalamNews. Yanvarın 26-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sənaye Kompleksinin Dövlət Müfəttişliyi Komitəsinin sədri Almabek Mars arasında videokonfrans formatında görüş keçirilib.

AQTA-dan SalamNews-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul şəxsləri, o cümlədən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov iştirak edib.

Azərbaycandan Qazaxıstana pomidor ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərə həsr olunan görüşdə AQTA sədri Qoşqar Təhməzli Qazaxıstanla yanaşı 2020-ci ildə dünyanın bir çox ölkələrinə ixrac olunan pomidor məhsulunda məhdudiyyətin tətbiq olunması üçün əsas gətirilən virusun aşkarlanmadığını diqqətə çatdırıb. Q.Təhməzli yük partiyalarından götürülən nümunələrin Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, həmçinin Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda təkrar müayinələrə cəlb olunduğunu və qeyd olunan virusun aşkarlanmadığını bildirib.

Görüşdə istixanalarda aparılan monitorinqlərin nəticələri və iddia olunan virusun aşkarlanmadığını əks etdirən sənədlərin Qazaxıstan tərəfinə göndərilməsi, həmçinin Azərbaycandan bu ölkəyə idxal olunan pomidor məhsulu partiyaları üzərində əlavə nəzarət tədbirlərinin həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olunub.

İki ölkə arasında bitki sağlamlığı sahəsində əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirən Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sənaye Kompleksinin Dövlət Müfəttişliyi Komitəsinin sədri Almabek Mars bu istiqamətdə birgə fəaliyyətin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA: On iki qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib

AQTA daha bir ərzaq məhsulları anbarında nöqsanlar aşkarlayıb

AQTA: On beş adda qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib

AQTA ictimai iaşə müəssisələrinin əsassız cərimələnməsi ilə bağlı iddiaya münasibət bildirib

AQTA: İraqdan Azərbaycana gətirilən xurmada kif göbələyi aşkarlanıb

AQTA: Daha bir ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

AQTA alma istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib

AQTA: İki ölkənin bəzi bölgələrindən quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

AQTA yeni norma və qaydalar müəyyənləşdirib

AQTA: Bərdə bazarında nöqsanlar aşkarlanıb

AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayıb

AQTA: Beynəlxalq tələblərin pozulması faktları aşkar olunur

AQTA: 10 ton at və ölmüş mal əti satan şəxslər saxlanılıblar

AQTA sahibkarlara müraciət edib

AQTA: 214 ərzaq satışı müəssisəsində 363 nöqsan aşkarlanıb

AQTA: İstehlak üçün yararsız 7 320 kq dondurulmuş balıq məhv edilib

AQTA yeni layihəyə başlayır

AQTA 43 obyektdə pozuntu aşkarlayıb

AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirib (FOTO)

AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirilib

03 Mart 2021, 18:00 (GMT +4)
Azərbaycanda sosial müavinət və pensiya alanların sayı açıqlanıb

03 Mart 2021, 17:53 (GMT +4)
Beyləqanda 3 mağazadan 10500 manatlıq oğurluq edilib

03 Mart 2021, 17:45 (GMT +4)
Fransanın Azərbaycan səfiri ANAMA sədri ilə görüşüb

03 Mart 2021, 17:43 (GMT +4)
İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanılıb

03 Mart 2021, 17:33 (GMT +4)
Bakıda ödəmə terminalından 4 min manat oğurlanıb

03 Mart 2021, 17:22 (GMT +4)
Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin 1,5 milyon manatlıq borcları ödənilib

03 Mart 2021, 17:12 (GMT +4)
Suriyada vaxtilə qruplaşmaların olduğu bölgədə böyük silah yükü aşkarlanıb

03 Mart 2021, 17:11 (GMT +4)
"YAŞAT": Bu günədək 4 156 şəxs öhdəliyə götürülüb

03 Mart 2021, 17:00 (GMT +4)
"Bakı Metropoliteni"nin bütün infrastrukturu yoxlanılacaq

03 Mart 2021, 16:50 (GMT +4)
Zalkaliani: Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı əməkdaşlıq bütün bölgə üçün əhəmiyyətlidir

03 Mart 2021, 16:45 (GMT +4)
Prezident Pakistanın Baş Qərargah rəisini videoformatda qəbul edib

03 Mart 2021, 16:35 (GMT +4)
“Caspian Energy Club” növbəti “Online B2G forum” təşkil edib

03 Mart 2021, 16:33 (GMT +4)
Çavuşoğlu: Yaxın günlərdə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq 

03 Mart 2021, 16:32 (GMT +4)
Ağdamda idarə rəisi minaya düşüb

03 Mart 2021, 16:28 (GMT +4)
Ermənistan prezidenti Baş Qərargah rəisi ilə ölkədəki vəziyyəti müzakirə edib

03 Mart 2021, 16:23 (GMT +4)
Lənkəranda marketdə istifadə müddəti bitmiş məhsullar aşkarlanıb

03 Mart 2021, 16:18 (GMT +4)
ABŞ dövlət katibi Venesuela müxalifətinin lideri ilə danışıqlar aparıb

03 Mart 2021, 16:10 (GMT +4)
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

03 Mart 2021, 15:57 (GMT +4)
FHN: 300-dən artıq əməkdaş vaksinasiya olunub

03 Mart 2021, 15:43 (GMT +4)
Norveçdə COVID-19 peyvəndindən sonra 100-dən çox insan ölüb

03 Mart 2021, 15:37 (GMT +4)
Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub

03 Mart 2021, 15:26 (GMT +4)
Rusiya Azərbaycandan alma və pomidor idxalına qoyulan məhdudiyyətləri ləğv edir

03 Mart 2021, 15:22 (GMT +4)
Füzulidə düşmənin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkar edilib (FOTO)

03 Mart 2021, 15:17 (GMT +4)
İran üçüncü övladı dünyaya gətirən ailəyə güzəştli kredit verir

03 Mart 2021, 15:12 (GMT +4)
Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 161 nəfər sağalıb

03 Mart 2021, 15:02 (GMT +4)
ARPA: “Universal Bank İşçisi” sertifikasiyası imtahanına qeydiyyat başladı

03 Mart 2021, 15:00 (GMT +4)
Kreml AB və ABŞ-ın sanksiyalarına münasibət bildirib

03 Mart 2021, 14:50 (GMT +4)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib

03 Mart 2021, 14:39 (GMT +4)
İran tərəfindən vurulduğu iddia edilən İsrail gəmisi Fars körfəzini tərk edib (FOTO)

03 Mart 2021, 14:33 (GMT +4)
Azərbaycan və İsrailin enerji sistemlərinin əməkdaşlığı müzakirə olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66