Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 14 hava zərbəsi endirib27 Yanvar 2021, 09:22 (GMT +4) Bakı, 27 yanvar, SalamNews, B,Samid. Səudiyyə Ərəbistanın hərbi koalisiyası son sutkada Yəmənin müxtəlif əyalətlərinə 14 hava zərbəsi endirib, yaralananlar var.
SalamNews bu barədə Yəmənin əl-Məsira telekanalına istinadla məlumat verir.
Bildirilib ki, son sutkada Mərib və Səda əyalətlərinə Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya tərəfindən 14 hava zərbəsi endirilib.
Bu hava zərbələrində yaralananların olduğu bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı mediası, son həftədə ər-Riyad səmasında iki obyektin vurulduğunu və bunların Yəməndən atıldığını iddia edirlər. Lakin Yəmənin 14 əyalətini nəzarətdə saxlayan Ənsarulla hərəkatı, "Yəmən Ordusu və Xalq Komitələri" bu hücumların məsuliyyətini üzərinə götürməyiblər.
|