Putinlə Bayden arasında telefon danışığı keçirilib27 Yanvar 2021, 09:45 (GMT +4) Bakı, 27 yanvar, SalamNews. Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydenlə telefon danışığı keçirib.
SalamNews xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putinin sözlərinə görə, Moskva ilə Vaşinqton arasındakı münasibətlərin normallaşması hər iki ölkənin maraqlarına cavab verəcək.
Tərəflər, həmçinin ikitərəfli və beynəlxalq gündəmdəki, xüsusilə koronavirus pandemiyasına qarşı mübarizə məsələlərini müzakirə ediblər.
Rusiya lideri Baydeni prezidentliyi münasibətilə təbrik edib.
|