Səudiyyə Ərəbistanın havadan müdafiə sistemləri paytaxt səmasında bir obyekti vurub26 Yanvar 2021, 17:41 (GMT +4) Bakı, 26 yanvar, SalamNews, B,Samid. Səudiyyə Ərəbistanın paytaxtında güclü partlayış səsi eşidilib.
SalamNews Reuters-ə istinadla xəbər verir ki, yerli mənbələr bu gün ər-Riyadda güclü partlayışın eşidildiyi və bunun havadan müdafiə sistemlərinin hərəkətə keçməsilə əlaqələndiriblər.
Bildirilib ki, havadan müdafiə sistemləri paytaxt səmasında naməlum obyekti vurublar.
Bir sıra qeyri-rəsmi mənbələr obyektin Yəmən istiqamətindən atılan ballistik raket olduğunu bildirirlər.
Qeyd edək ki, iki gün öncə ər-Riyad səmasında vurulan raketin husilərə nisbət verilməsi iddia edilsə də, daha sonra Ənsarulla hərəkatı onlar tərəfindən Səudiyyə paytaxtına hücumun təşkil edilmədiyini bildiriblər.
Yəmənin 14 əyalətini nəzarətdə saxlayan “Yəmən Ordusu və Xalq Komitələri” (husilər) bundan öncə dəfələrlə Səudiyyə paytaxtına raket atıb və PUA-larla hücum edərək, məsuliyyətini üzərinə götürüblər.
|