İraq Ordusu İŞİD-in silah dolu tenellərini aşkarlayıb (FOTO)26 Yanvar 2021, 16:28 (GMT +4) Bakı, 26 yanvar, SalamNews, B,Samid. İraq Ordusu Nineva əyaləti ərazisində təmizləmə əməliyyatı zamanı silah dolu iki tunel aşkarlayıb.
SalamNews xəbər verir ki, bu barədə İraq Ordusu rəsmi facebook səhifəsində bəyanat verib.
Bildirilib ki, Nineva əyalətinin əl-Ayaziyyə yüksəkliklərində aparılan təmizləmə əməliyyatı zamanı iki silah dolu tunel aşkarlanıb.
Burada müxtəlif növ silahlar, o cümlədən, zirehli texnikalar əleyhinə qumara atan RBG-lər, iri çaplı pilemyot və güllələri, müxtəlif növ top və minaatan mərmiləri və raketlər aşkarlanıb.
Qeyd edək ki, İŞİD 2017-ci ilin sonu İraqda nəzarətində olan bütün əraziləri itirib və ucqar bölgələrdə gizli sığınacaqlara çəkilib. Terror təşkilatı ötən həftə iki dəfə qanlı hücum həyata keçirib. Bağdadda törədilən silsilə partlayışlarda 32 mülki şəxs, Səlahəddin əyalətində Haşd-Şabiyə qarşı qəfil hücumda isə 11 hərbçi şəhid olub.
|