Qarabağ böhranının həlli regionda sülh və dostluq imkanları yaradıb – Cavad Zərif26 Yanvar 2021, 15:15 (GMT +4) Bakı, 26 yanvar, SalamNews, B,Samid. “Rusiyanın vasitəçiliyilə həll edilən və rəsmi Tehran və Moskvanı narahat edən Qarabağ böhranının həlli regionda sülh və dostluq fürsətləri yaradıb.”
SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada rusiyalı həmkarı ilə görüş zamanı deyib.
O, bildirib ki, Qarabağ böhranı rəsmi Tehranla Moskvanın hər ikisini narahat edən problem idi ki, onun həll edilməsilə bölgədə yeni dostluq və sülh fürsətləri yaranıb.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif regiona səfəri çərçivəsində Bakıdan sonra Moskvaya gedib. O Moskvada ilk açıqlamasında bildirib ki, bu səfərdən məqsəd, altı tərəfli əməkdaşlıq birliyinin təşkil edilməsidir.
|