Gürcüstanda son sutkada 25 nəfər koronavirusdan ölüb26 Yanvar 2021, 12:47 (GMT +4) Bakı, 26 yanvar, SalamNews. Gürcüstanda son sutkada 1006 nəfərdə koronavirusa (COVID-19) yoluxma aşkar edilib, 25 nəfər ölüb.
SalamNews -un məlumatına görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi veb sayt məlumat yayıb.
Qonşu ölkədə koronavirusa yoluxanların ümumi sayı 254.822-ə, ölənlərin sayı 3.096-ya yüksəlib.
244.446 nəfər koronavirusdan müalicə edilib.
|