Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb

26 Yanvar 2021, 17:25 (GMT +4)

Bakı, 26 yanvar, SalamNews. İstehlak bazarında soyuducu, kondisioner, tozsoran, mikrodalğalı soba, fen, ütü, televizor, həmçinin mobil telefon və s. kimi malların dövriyyəsi artdıqca onların keyfiyyəti və satış şərtləri barədə istehlakçıların müraciətləri də artır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu növ malları alarkən hüquqlarının pozulmaması üçün istehlakçılara diqqətli olmağı tövsiyə edir.

Dövlət Xidmətdən SalamNews-a verilən məlumata görə, məişət texnikası alarkən onun komplektliyinə, keyfiyyətinə, istehsalçı haqqında məlumatın mövcudluğuna, mal haqqında qısa annotasiyasının olmasına, mala aid sənədlərin təqdim edilməsinə diqqət yetirilməlidir. Eyni zamanda, satıcı ilə müqavilə bağlanmalı, qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd və zəmanətli satış tələb edilməlidir. Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan sənəddə göstərilməlidir.

Mal zəmanətli satılarkən, satıcı onun pasportunda malın bu obyektdən alındığını və satış tarixini təsdiq edən ştamp vurmalıdır. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə, istehlakçı qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqlarını tələb edə bilər.

Alıcı zəmanət müddəti müəyyən olunan malda aşkarlanan qüsur barədə satıcı (istehsalçı, icraçı) qarşısında tələblərini malın zəmanət müddəti ərzində irəli sürə bilər. Zəmanət müddəti müəyyən edilməyən mallarda aşkarlanan qüsurlar barədə tələb isə həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürülə bilər. Qüsurların aradan qaldırılması ilə bağlı istehlakçının tələbinə mal qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur.

Müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda istehsalçının və ya satıcının təqsirindən yaranan qüsur və ya saxtalaşdırma aşkar edilərsə satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qanunvericilikdə nəzərdə tutulmuş tələblərindən birini yerinə yetirməyə borcludur. Eyni zamanda satıcı istehlakçının tələbi və iştirakı ilə məişət təyinatlı mürəkkəb texniki malların quruluşunu, iş prinsipini, standartlara uyğunluğunu əyani nümayiş etdirməyə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumat verməyə, mala aid sənədləri təqdim etməyə borcludur.

İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə qanun pozuntusuna yol verən fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə olunur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcılarını qanunvericiliyinin tələblərinə ciddi əməl etməyə çağırır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Xidməti: Çörəyin pərakəndə satış qiymətində heç bir artım yoxdur

Dövlət Xidməti qarlı hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib

Dövlət Xidməti qaz sayğaclarının dəyişdirilməsinə münasibət bildirib

Prezident Dövlət Xidmətinə yeni rəis təyin edib

Bugun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümüdür (FOTO)

Dövlət Xidmətinin rəis müavini Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər edib

Dövlət Xidməti Aİ-92 benzini ilə bağlı sahibkarlara müraciət edib

Dövlət Xidməti qoruyucu maska seçimi ilə bağlı əhaliyə müraciət edib

Dövlət Xidməti çağırışçılara müraciət edib

İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dərman satıcılarına müraciət edib

Əmlak Məsələləri Dövlət Xidməti ABŞ şirkəti ilə əməkdaşlığa başlayır

Dövlət Xidmətinin 10 illiyi ilə bağlı yubiley medalı təsis edilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənc çağırışçılarla bağlı açıqlama yayıb

Dövlət Xidmətinə 3,866 milyon manat ayrılıb

Ceyhun Əsgərov Dövlət Xidmətinin mətbuat katibi təyin olunub

Dövlət Xidməti orduda könüllü xidmət etmək istəyən vətəndaşlara müraciət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlara müraciət edib

Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

Dövlət Xidməti: Çoxlu sayda gənc döyüşə getmək üçün müraciət edib

Dövlət Xidməti çağırışçılara müraciət edib

27 Fevral 2021, 00:45 (GMT +4)
"Beşiktaş" böyükhesablı qələbə qazanıb

26 Fevral 2021, 20:33 (GMT +4)
PFL bir oyunun yerini dəyişib

26 Fevral 2021, 18:18 (GMT +4)
Avropa Liqasında həftənin rəmzi komandası müəyyənləşib - (FOTO)

26 Fevral 2021, 18:00 (GMT +4)
"Azercell" yeni internet paketini təqdim edib

26 Fevral 2021, 17:58 (GMT +4)
ABŞ-dakı türk təşkilatları ermənilərin Xocalıda törətdikləri vəhşilikləri pisləyib

26 Fevral 2021, 17:55 (GMT +4)
"Bavariya"nın hücumçusu Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

26 Fevral 2021, 17:53 (GMT +4)
Ali Məhkəmənin Mülki Kollegiyasının fəaliyyətinə dair hesabat açıqlanıb

26 Fevral 2021, 17:46 (GMT +4)
Bakıda narkotiklə saxlanılan şəxsdə silah aşkarlanıb

26 Fevral 2021, 17:40 (GMT +4)
PFL təxirə salınan oyunların tarixini açıqlayıb

26 Fevral 2021, 17:36 (GMT +4)
Bakı sakininin 2 250 manatı və telefonu soyğunçuluqla alınıb

26 Fevral 2021, 17:28 (GMT +4)
Putin RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib

26 Fevral 2021, 17:21 (GMT +4)
"Qaçqınkom" məcburi köçkünlərə verilən müavinətdan tutulmalar olması barədə məlumatlara münasibət bildirib

26 Fevral 2021, 17:14 (GMT +4)
Ərdoğan: Hakimiyyət dəyişikliyi erməni xalqının haqqıdır

26 Fevral 2021, 17:10 (GMT +4)
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

26 Fevral 2021, 17:03 (GMT +4)
Azərbaycan neftinin qiyməti 67 dollara çatıb

26 Fevral 2021, 17:00 (GMT +4)
UEFA "Qarabağ"a ödəniş edib

26 Fevral 2021, 16:54 (GMT +4)
Almaniyada son sutkada on minə yaxın insana COVID-19 diaqnozu qoyulub

26 Fevral 2021, 16:53 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

26 Fevral 2021, 16:44 (GMT +4)
Ombudsman: "Hərbi əsirlərlə bağlı məsələ mütamadi diqqətdə saxlanlır"

26 Fevral 2021, 16:39 (GMT +4)
Avropa Liqasında 1/8 finalın püşkü atılıb

26 Fevral 2021, 16:34 (GMT +4)
Prezident: "Əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmamasıdır"

26 Fevral 2021, 16:25 (GMT +4)
Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin növbəti iclası planlaşdırılıb

26 Fevral 2021, 16:23 (GMT +4)
"YAŞAT" Fondunun rəhbəri: "Bu gün daha 2 qazimizi Türkiyəyə yola saldıq"

26 Fevral 2021, 16:12 (GMT +4)
Azərbaycanda ötən il əsas kiber risklər fişinq və lokal təhdidlər olub

26 Fevral 2021, 16:04 (GMT +4)
ABŞ Suriyaya hava zərbələri endirməmişdən öncə Rusiya tərəfə məlumat verib

26 Fevral 2021, 15:56 (GMT +4)
Azərbaycanda son sutkada 219 nəfər COVID-19-a yoluxub, 180 nəfər sağalıb

26 Fevral 2021, 15:54 (GMT +4)
İrəvanda müxalifətin mitinqləri davam edir

26 Fevral 2021, 15:40 (GMT +4)
Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mənfi rəy verməyəcək

26 Fevral 2021, 15:28 (GMT +4)
Gəncədə yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub

26 Fevral 2021, 15:14 (GMT +4)
Kreml: Ermənistandakı hadisələr hələ Qarabağla bağlı razılaşmaların icrasına təsir göstərmir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66