İranın xarici işlər naziri Bakıdan sonra Moskvaya gedir26 Yanvar 2021, 09:20 (GMT +4) Bakı, 26 yanvar, SalamNews, B,Samid. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakı səfərindən sonra Moskvaya yola düşür.
SalamNews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat verib.
Bildirilib ki, İranın xarici işlər naziri 26 yanvarda Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcək.
Əlavə edilib ki, tərəflər regionda əməkdaşlıq, Qarabağ, Suriya, İranın nüvə proqramı, nüvə sazişi, Əfqanıstan və tərəfləri maraqlandıran sair ikitərəfli və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Cavad Zərif regiona səfərində Yerevan, Tiflis və Ankaraya da baş çəkəcək.
|