Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb, yaralananlar var25 Yanvar 2021, 17:17 (GMT +4) Bakı, 25 yanvar, SalamNews, B,Samid. Əfqanıstanın paytaxtı Kabildə İtaliya səfirliyinə məxsus maşın partladılıb.
SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində İtaliya səfirliyinə məxsus zirehli avtomobil partladılıb.
Məlumata əsasən, partlayış əldəqayırma partlayıcı qurğunun işə salınması ilə həyata keçirilib.
Bu hücumda iki nəfər yüngül yaralanıb.
Heç bir təşkilat terror aktının məsuliyyətini üzərinə götürməyib.
|