Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan XİN rusiyalı deputatın adını «qara siyahı»ya salıb

25 Yanvar 2021, 16:21 (GMT +4)

Bakı, 25 yanvar, SalamNews. "Rusiya Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitaliy Milonovun erməni KİV-ə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik".

Bu barədə SalamNews-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

Rusiya Dövlət Dumasının üzvü Vitaliy Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir. Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əminamanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir.

Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır", - Nazirlikdən bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Fevral 2021, 17:00 (GMT +4)
Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməli və iki xalqın dinc yanaşı yaşamasını bərpa etməlidir

27 Fevral 2021, 16:57 (GMT +4)
İrəvanda təxminən on min nəfərin iştirakı ilə müxalifətin mitinqi keçirilir

27 Fevral 2021, 16:50 (GMT +4)
Bakıda mağazadan 5600 manatlıq oğurluq edilib

27 Fevral 2021, 16:45 (GMT +4)
Futzal millimizin kapitanı: Sürpriz hər zaman mümkündür - (MÜSAHİBƏ)

27 Fevral 2021, 16:40 (GMT +4)
Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir

27 Fevral 2021, 16:30 (GMT +4)
Zərdabda evdən 25 min manatlıq oğurluq edilib

27 Fevral 2021, 16:16 (GMT +4)
İran əlavə iki nüvə təsisatını inşa etməkdə olduğunu bildirib

27 Fevral 2021, 16:15 (GMT +4)
Bakı metrosu üçün alınan yeni vaqonların sayı açıqlanıb

27 Fevral 2021, 16:05 (GMT +4)
Şoyqu Ermənistan Müdafiə Nazirliyinin rəhbəri ilə telefon danışığı keçirib

27 Fevral 2021, 16:04 (GMT +4)
Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

27 Fevral 2021, 16:00 (GMT +4)
Kişi voleybolçular arasında Avropa çempionatı 4 ölkədə təşkil olunacaq

27 Fevral 2021, 15:50 (GMT +4)
İctimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslərlə görüş keçirilib

27 Fevral 2021, 15:39 (GMT +4)
Mənbə: Ermənistan prezidenti Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüş keçirir

27 Fevral 2021, 15:32 (GMT +4)
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir (FOTO)

27 Fevral 2021, 15:29 (GMT +4)
İlkay Gündoğan: "Mançester Yunayted" mənimlə maraqlanırdı

27 Fevral 2021, 15:19 (GMT +4)
Tbilisidə müxalifətçilər parlamentin qarşısında çadırlar qurub

27 Fevral 2021, 15:17 (GMT +4)
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb

27 Fevral 2021, 15:08 (GMT +4)
“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

27 Fevral 2021, 14:55 (GMT +4)
Azərbaycanda mart ayına olan hava proqnozu açıqlanıb 

27 Fevral 2021, 14:43 (GMT +4)
Bakıda iki avtobusun hərəkət sxemi dəyişdiriləcək

27 Fevral 2021, 14:30 (GMT +4)
Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb

27 Fevral 2021, 14:20 (GMT +4)
Ər-Riyad ABŞ kəşfiyyatının Kaşıkçının qətlinə dair hesabatını rədd edib

27 Fevral 2021, 14:08 (GMT +4)
Sahil Babayev: Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

27 Fevral 2021, 13:54 (GMT +4)
Hindistanda valideynlər övladlarının müalicəsi üçün digər uşaqlarını satıblar 

27 Fevral 2021, 13:53 (GMT +4)
Suriyada minanın partlaması nəticəsində 5 xidmətçi qadın həlak olub

27 Fevral 2021, 13:47 (GMT +4)
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb

27 Fevral 2021, 13:32 (GMT +4)
Hökumət sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün işçi qruplar yaradıb

27 Fevral 2021, 13:20 (GMT +4)
Saatlıda karantini pozan kafe aşkarlanıb

27 Fevral 2021, 13:08 (GMT +4)
ABŞ-ın Rusiyadakı səfiri Boris Nemtsovun ölüm yerini ziyarət edib

27 Fevral 2021, 13:00 (GMT +4)
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66