İngiltərə ölkəyə gələnlər üçün karantini sərtləşdirməyi planlaşdırır25 Yanvar 2021, 15:58 (GMT +4) Bakı, 25 yanvar, SalamNews. İngiltərə hökuməti koronavirusa yoluxma yüksək olan ölkələrdən gələn səyahətçilər üçün on günlük karantin tətbiq etməyi planlaşdırır.
SalamNews xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Hökumətin müzakirə etdiyi plana uyğun olaraq, belə ölkələrdən gələnlər bu məqsədlə ayrılmış otellərdə karantinə riayət etmək məcburiyyətində qalacaqlar.
İngiltərənin yüksək riskli ölkələr siyahısına daxil etmək istədiyi ölkələr arasında Braziliya və Cənubi Afrika da var.
|