Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İran XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulmasından sonra artıq normal vəziyyət mövcuddur”

25 Yanvar 2021, 14:55 (GMT +4)

Bakı, 25 yanvar, SalamNews. “Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”.

SalamNews-un məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda deyib.

İran XİN başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır: “Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub”.

M. C. Zərif bildirib ki, energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr onlar üçün prioritet təşkil edir və İran şirkətləri işə başlamağa hazırdır: “Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunub və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Mart 2021, 15:08 (GMT +4)
Azərbaycan cüdo üzrə “Böyük dəbilqə” turnirində 14-cü olub

08 Mart 2021, 15:00 (GMT +4)
Azad olunan ərazilərə keçmək istəyən şəxslər saxlanılıb

08 Mart 2021, 14:45 (GMT +4)
Kürdə 36 gün əvvəl batan şəxsin meyiti tapılıb

08 Mart 2021, 14:45 (GMT +4)
Madrid derbisində qollu bərabərlik qeydə alınıb - (VİDEO)

08 Mart 2021, 14:43 (GMT +4)
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin mədəni-tədris mərkəzi fəaliyyətə başlayıb 

08 Mart 2021, 14:33 (GMT +4)
"Milan" səfərdə qələbəyə sevinib - (VİDEO)

08 Mart 2021, 14:31 (GMT +4)
Ayətullah Sistani və Roma Papasının görüşdüyü gün İraqda tolerantlıq günü kimi qeyd ediləcək

08 Mart 2021, 14:30 (GMT +4)
KOBİA: Azərbaycanda sahibkarların 21,3%-ni qadınlar təşkil edir

08 Mart 2021, 14:15 (GMT +4)
BNA könüllüləri dayanacaqlarda xanımlara gül təqdim edib

08 Mart 2021, 14:05 (GMT +4)
Türkiyə çempionatı: Qalatasaray Sivassporla bacarmayıb - (VİDEO)

08 Mart 2021, 14:00 (GMT +4)
DİN: Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

08 Mart 2021, 13:48 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 89,5 minə yaxınlaşıb

08 Mart 2021, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

08 Mart 2021, 13:34 (GMT +4)
İran husilərin Səudiyyə Ərəbistanın neft təsisatlarına hücumuna münasibət bildirib

08 Mart 2021, 13:32 (GMT +4)
Joan Laporta yenidən "Barselona"nın prezidenti seçilib

08 Mart 2021, 13:30 (GMT +4)
MN Zəngilan rayonunun Qaragöz kəndindən videogörüntülər yayıb (VİDEO)

08 Mart 2021, 13:24 (GMT +4)
İbrahim Kalın: "S-400" üzərindən Türkiyəyə təzyiq əks təsir göstərə bilər

08 Mart 2021, 13:15 (GMT +4)
DİN: Zəngilanda təhlükəsizlik tədbirləri gücləndirilib (VİDEO)

08 Mart 2021, 13:09 (GMT +4)
Futzal yığmamız Kişinyovda ilk məşqə çıxıb

08 Mart 2021, 13:00 (GMT +4)
FHN: Badamdarda sürüşmə hadisəsi baş verib

08 Mart 2021, 12:41 (GMT +4)
Bayden gələn ay Yaponiyanın Baş naziri ilə Ağ Evdə görüşməyi planlaşdırır

08 Mart 2021, 12:41 (GMT +4)
Gürcüstanda daha 15 nəfər koronavirusdan ölüb

08 Mart 2021, 12:40 (GMT +4)
Nazirlik Badamdar qəsəbəsində baş verən sürüşmə hadisəsinin səbəbini açıqlayıb

08 Mart 2021, 12:30 (GMT +4)
Kamran Əliyev Azərbaycan xanımlarını təbrik edib

08 Mart 2021, 12:21 (GMT +4)
Canni De Byazi: Portuqaliya yığması bizim onları udacağımızı bilmir

08 Mart 2021, 12:15 (GMT +4)
Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

08 Mart 2021, 12:12 (GMT +4)
Şahzadə Harri və Meqan Markl gizli toy mərasiminin keçirildiyini açıqlayıblar

08 Mart 2021, 12:05 (GMT +4)
İran nüvə sazişi və sanksiyaların ləğvilə bağlı ABŞ-la təmasların olmadığını bildirib

08 Mart 2021, 12:00 (GMT +4)
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlanıb

08 Mart 2021, 11:53 (GMT +4)
Türkiyə MN: İrandan ölkəyə keçməyə çalışan PKK terrorçusu saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66