Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçü barəsində axtarış elan edib

25 Yanvar 2021, 15:53 (GMT +4)

Bakı, 25 yanvar, SalamNews. Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçü barəsində axtarış elan edib.

SalamNews-un məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Qeyd edib ki, Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları səlahiyyətləri daxilində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməklə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə zəruri istintaq hərəkətləri həyata keçirib, xain düşmənin beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi, infrastruktur obyektlərini raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, namərd hücumlarla onlarla dinc sakinin qətlə yetirilməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmaqla intensiv istintaq-əməliyyat tədbirləri aparılıb.

Bildirilib ki, 27 sentyabr 2020-ci il tarixdən etibarən erməni silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluqda 62 cinayət işi başlanaraq, həmin işlər üzrə 17 muzdlu döyüşçü və Ermənistan Respublikasının 4 vətəndaşı barəsində, cəmi 21 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarış elan edilib.

Eyni zamanda, erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilib, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının rayon və şəhərlərinin ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılıb, çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb.

Erməni vəhşiliklərinin dünya dövlətlərinin hüquq mühafizə orqanlarına və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə BMT-nin İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, Avropa Şurasının İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, MDB ölkələrinin üzv dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlara, eləcə də 25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar, 37 xarici dövlətin səlahiyyətli orqanına 46 hüquqi yardım göstərilməsinə dair vəsatətlər göndərilib.

Qeyd edilib ki, ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işləri üzrə erməni vandalizmi nəticəsində məqsədli şəkildə talan edilib, dağıdılmış yaşayış məntəqələri, həmçinin tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, eləcə də atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.

Eyni zamanda, işğal olunmuş ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə, həmçinin əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin aparılması diqqətə çatdırılıb.

Bununla yanaşı, prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi qeyd edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 Mart 2021, 15:00 (GMT +4)
Azərbaycanda bəzi hərbçilərə nəqliyyat xərcləri ödənilməsi təklif olunur

09 Mart 2021, 14:49 (GMT +4)
Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Çempionlar Turunda yer alıb

09 Mart 2021, 14:44 (GMT +4)
Abşeronda kolbasa və sosiska sexinin fəaliyyəti dayandırılıb

09 Mart 2021, 14:34 (GMT +4)
Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşir

09 Mart 2021, 14:27 (GMT +4)
Mikayıl Cabbarov: “Aİ şirkətləri iqtisadi fəaliyyət üçün ölkəmizi seçir"

09 Mart 2021, 14:23 (GMT +4)
Futzal üzrə Azərbaycan yığması Moldova ilə qarşılaşır

09 Mart 2021, 14:17 (GMT +4)
İtaliyada koronavirusdan ölənlərin sayı 100 mini keçib

09 Mart 2021, 14:07 (GMT +4)
Astarada atasına məxsus avtomobillə avtoxuliqanlıq edən şəxs həbs olunub

09 Mart 2021, 14:00 (GMT +4)
Türkiyə klubunun futbolçusu yığmamıza çağırılıb

09 Mart 2021, 13:52 (GMT +4)
Həbsdə olanlarla görüşə gələ bilməyənlər üçün videogörüşlərin təşkil edilməsi təklif edilib

09 Mart 2021, 13:44 (GMT +4)
İranda Roma papasının İraq səfərini şərh ediblər

09 Mart 2021, 13:39 (GMT +4)
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb

09 Mart 2021, 13:28 (GMT +4)
Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub

09 Mart 2021, 13:14 (GMT +4)
Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb

09 Mart 2021, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

09 Mart 2021, 12:50 (GMT +4)
Rusiyada 3 oktyabrdan bəri ilk dəfə bir sutkada 10 mindən az koronavirusa yoluxma qeydə alınıb

09 Mart 2021, 12:40 (GMT +4)
“Qəbələ” - “Səbail” matçının baş hakimi dəyişib

09 Mart 2021, 12:35 (GMT +4)
ASA ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalanıb (FOTO)

09 Mart 2021, 12:15 (GMT +4)
Hərbçilərə növbəti əlavə ödənişlərin olması təklif edilir

09 Mart 2021, 12:05 (GMT +4)
Bayden iki qadına Silahlı Qüvvələrin komandanlığında yüksək rütbə verib

09 Mart 2021, 12:00 (GMT +4)
Azərbaycanda pasport üçün fotolarda baş örtüyündən istifadəyə icazə verilməsi təklif olunur

09 Mart 2021, 11:45 (GMT +4)
Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı 400 mini ötüb

09 Mart 2021, 11:30 (GMT +4)
Bakıda koronavirusa görə bağlanmış məktəb açılıb

09 Mart 2021, 11:27 (GMT +4)
ABŞ Dövlət Departamentinin rəhbəri Lukaşenkonu Avropanın son diktatoru adlandırıb

09 Mart 2021, 11:15 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

09 Mart 2021, 10:57 (GMT +4)
Ermənistan UNICEF ofisinin rəhbəri ilə əməkdaşlıqdan imtina edib

09 Mart 2021, 10:45 (GMT +4)
AQTA: Ən çox nöqsan Xətaidə aşkarlanıb

09 Mart 2021, 10:30 (GMT +4)
Azərbaycan ABŞ-dakı erməni lobbisinin Pakistana hücumlarını pisləyib (FOTO)

09 Mart 2021, 10:28 (GMT +4)
Ekvatorial Qvineyada baş verən partlayışlar nəticəsində ölənlərin sayı 98-ə çatıb

09 Mart 2021, 10:15 (GMT +4)
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələrindən danışılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66