Ağstafa sakinindən narkotik vasitə götürülüb25 Yanvar 2021, 17:06 (GMT +4) Bakı, 25 yanvar, SalamNews. Ağstafa rayon sakinində narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin və Böyük Kəsik Sərhəd Nəzarət Şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Sadiqli kənd sakini Seymur Namazov saxlanılıb.
S.Namazovun bacısına məxsus rayonun Sadıqlı kəndindəki yarımtikiliyə baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada 6 ədəd litirlik plastik butulkada ümumi çəkisi 6 kq 205 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Gürcüstan Respublikasında yaşayan Mahir adlı şəxsin onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq 6 000 manat müqabilində qeyri-qanuni yollarla ona göndərməyini bildirib.
Hazırda S.Namazovla cinayət əlaqəsinə girən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslə bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
|