Ermənistanda yol qəzasında rusiyalı əsgər ölüb23 Yanvar 2021, 15:09 (GMT +4) Bakı, 23 yanvar, SalamNews. Ermənistandakı Rusiya hərbi bazasında müqavilə əsasında xidmət edən rusiyalı hərbçi Gümrüdə baş verən yol qəzasında ölüb.
SalamNews xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairənin mətbuat xidmətindən TASS-a məlumat verilib.
“Gümrü qarnizonunun komandanlığı, Ermənistan Respublikasının hüquq-mühafizə orqanları ilə birlikdə Gümrü şəhərində hərbi qulluqçunun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsini araşdırır", məlumatda deyilir.
|