Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DİN sosial şəbəkə istifadəçilərinə müraciət edib

23 Yanvar 2021, 13:00 (GMT +4)

Bakı, 23 yanvar, SalamNews. Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİN Mətbuat Xidmətindən SalamNews-a verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə, xüsusən "İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur:

"Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim olunmur.

Virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər “xidmət” göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar.

Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu "xidmət"lərindən çox təssüf ki, istifadə edənlər də var.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu “polisazerbaycan” adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlər" - məlumatda qeyd edilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DİN: İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

DİN: Həftəsonu yol qəzalarında 3 nəfər ölüb

MN Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər yayıb (VİDEO)

Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməli və iki xalqın dinc yanaşı yaşamasını bərpa etməlidir

Suriyada minanın partlaması nəticəsində 5 xidmətçi qadın həlak olub

MN Qubadlı rayonunun Əfəndilər kəndindən videogörüntülər yayıb (VİDEO)

Türkiyədə "Sputnik V" peyvəndinin toksikoloji testləri başlayıb

Mübariz Qurbanlı: Qərar verilsə, dini ibadət yerlərində də məhdudiyyətlər aradan qalxacaq

MN Ağdam rayonunun Tərnöyüt kəndindən videogörüntülər yayıb (VİDEO)

Türkiyə Ermənistandakı çevriliş cəhdini qətiyyətlə pisləyir - Çavuşoğlu

DİN: Sabah “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək

DİN: İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

MN Qubadlı rayonunun Yusifbəyli kəndindən videogörüntülər yayıb (VİDEO)

MN Xocavənd rayonunun Ağdam kəndindən videogörüntülər yayıb (VİDEO)

MN Ağdam rayonunun Yeni Qaralar kəndindən videogörüntülər hazırlayıb

MN Ağdam rayonunun Sırxavənd kəndindən videogörüntülər yayıb (VİDEO)

DİN Baş DYP İdarəsi sürücülərə və piyadalara müraciət edib

DİN:Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Azərbaycan “Ağdam” adının Latviya ticarət nişanları tərəfindən istifadəsinə etiraz edib

MN Qubadlı rayonunun Çaytumas kəndindən videogörüntülər yayıb (VİDEO)

01 Mart 2021, 14:27 (GMT +4)
Çin klubu fəaliyyətini dayandırıb

01 Mart 2021, 14:24 (GMT +4)
Zəngilanda 400 mindən çox ağac əkiləcək

01 Mart 2021, 14:12 (GMT +4)
Paşinyan müxalifləri hökumət binasına basqın edib

01 Mart 2021, 14:05 (GMT +4)
Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir

01 Mart 2021, 13:51 (GMT +4)
Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirib

01 Mart 2021, 13:48 (GMT +4)
Ermənistan prezidenti İrəvandakı  mitinqlərdən əvvəl insanları birliyə və həmrəyliyə çağırır

01 Mart 2021, 13:44 (GMT +4)
İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib

01 Mart 2021, 13:40 (GMT +4)
Futzal üzrə Azərbaycan millisinin oyunu qapalı keçiriləcək

01 Mart 2021, 13:35 (GMT +4)
İran səfirliyi “Ermənistana məlumatların ötürülməsi” ilə bağlı iddialara münasibət bildirib

01 Mart 2021, 13:30 (GMT +4)
Tramp Baydenin ABŞ tarixində ən pis prezident olduğunu açıqlayıb

01 Mart 2021, 13:23 (GMT +4)
Dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” gəmi-muzeyinin açılışı olub

01 Mart 2021, 13:14 (GMT +4)
Salyanda qanunsuz ov edən şəxslər saxlanılıb

01 Mart 2021, 13:00 (GMT +4)
Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində iştirak edib

01 Mart 2021, 12:54 (GMT +4)
Suqa oğlunun dövlət məmurları ilə təmasları ətrafında yaşanan qalmaqala görə üzr istəyib

01 Mart 2021, 12:54 (GMT +4)
Abbas Əraqçi: İran Qarabağın işğalına qarşı olub və hətta orada şəhidlər verib

01 Mart 2021, 12:45 (GMT +4)
“YAŞAT” Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərib

01 Mart 2021, 12:30 (GMT +4)
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlanıb

01 Mart 2021, 12:18 (GMT +4)
Paris məhkəməsi Sarkozi ilə bağlı qərarını bu gün elan edəcək

01 Mart 2021, 12:06 (GMT +4)
Bütün Qarabağ torpaqları Azərbaycana qayıtmalıdır – Ayətullah Ərafi

01 Mart 2021, 12:00 (GMT +4)
DİN: İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

01 Mart 2021, 11:45 (GMT +4)
Təhsil Nazirliyi: III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək

01 Mart 2021, 11:41 (GMT +4)
ABŞ Venesuelaya qarşı sanksiyaların yüngülləşdirilməsinin şərtlərini açıqlayıb

01 Mart 2021, 11:30 (GMT +4)
Bakıda bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb

01 Mart 2021, 11:15 (GMT +4)
DİN: Həftəsonu yol qəzalarında 3 nəfər ölüb

01 Mart 2021, 11:14 (GMT +4)
İranın Qum şəhərində Qarabağla bağlı beynəlxalq konfrans keçirilir (FOTO)

01 Mart 2021, 11:05 (GMT +4)
Çexiya Baş naziri və ailəsini öldürməklə hədələyiblər 

01 Mart 2021, 11:00 (GMT +4)
Ceyhun Bayramov: Multikultural cəmiyyət kimi daha yaxşı gələcək qurmağa sadiqik

01 Mart 2021, 10:58 (GMT +4)
Tramp yeni partiyanın yaradılması iddialarını rədd edib

01 Mart 2021, 10:56 (GMT +4)
2 şahmatçımız FİDE-nin yeni reytinq cədvəlində irəliləyib

01 Mart 2021, 10:52 (GMT +4)
İran sanksiyalar götürülmədən ABŞ-ın olduğu qrupla müzakirə masasına oturmayacağını bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66