Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22 Yanvar 2021, 18:02 (GMT +4)

Bakı, 22 yanvar, SalamNews. 2020-ci ilin böyük hissəsini əhatə edən sosial təcrid şəraitinə baxmayaraq, “Azercell” şirkətinin müxtəlif xidmət kanalları müştəri müraciətlərini daha intensiv və operativ cavablandırma sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail olunub.

Şirkətdən SalamNews-a verilən məlumata görə, ötən il “Azercell”in Telefon Mərkəzinə ümumilikdə 3 950 821 zəng daxil olub, bunlardan 95%-i cavablandırılıb, onlayn müştəri xidmətləri üzərindən 449 337 sayda sorğu daxil olub və bunların 98%-i cavablandırılıb, Premium dəstək xəttinə daxil olan 119 602 müraciətin isə 96%-i cavablandırılıb.

Qeyd edək ki, telefon vasitəsilə daxil olmuş müraciətlərin ortalama cavablama müddəti təxminən 2 dəqiqə təşkil edir ki, bu da çox yüksək göstərici nümunəsidir. “Azercell”in Telefon Mərkəzi üçün 2020-ci ildə müştəri məmnuniyyəti səviyyəsi 94% təşkil edib. “Azercell” şirkətinin il ərzində rəsmi “Facebook”, “Instagram”, “Twitter”, “YouTube” və “LinkedIn” səhifələrindən toplam 134,350 müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılıb. Fərqli kanallar vasitəsilə daxil olan müraciətlər əsasən mobil internet xidmətləri, balans barədə məlumat, ödəmə, xidmətlərə qoşulma və s. ilə bağlı olub. Bundan əlavə, 2020-ci il ərzində şirkətin “Ön Masa”, “Azercell Ekspres”, “Azercell Eksklüziv” ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə 949 292 nəfər abunəçiyə üz-üzə xidmət göstərilib.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsi zamanı gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, “Azercell” əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanıldı. Belə ki, ən son statistikaya əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan uzunmüddətli sərt karantin rejimində “Azercell” Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət təqdim olunub. Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. “Azercell”in istifadəyə verdiyi “Kabinetim” tətbiqi isə müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub. “Azercell” şirkəti ölkədə qurduğu Müştəri Xidmətləri sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunun nümunəsi kimi ISO 18295:2017 və ISO 10002:2018 beynəlxalq sertifikatlaşma standartlarına da layiq görülüb. ISO 18295:2017 bilavasitə Müştərilərlə Əlaqə Mərkəzlərinin İdarə edilməsi Sahəsində Beynəlxalq Sertifikat, ISO 10002:2018 isə Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq sertifikatlardır. “Azercell Telekom” MMC bundan sonra da müştəri xidmətləri və müştəri məmnuniyyətinin ən yüksək standartlara uyğunluğu və abunəçi sorğularının çevik və rahat şəkildə cavablandırılması istiqamətində fəaliyyətini davam etdirəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 Mart 2021, 14:18 (GMT +4)
Mikayıl Cabbarov: “Aİ şirkətləri iqtisadi fəaliyyət üçün ölkəmizi seçir"

09 Mart 2021, 14:07 (GMT +4)
Astarada atasına məxsus avtomobillə avtoxuliqanlıq edən şəxs həbs olunub

09 Mart 2021, 14:00 (GMT +4)
Türkiyə klubunun futbolçusu yığmamıza çağırılıb

09 Mart 2021, 13:52 (GMT +4)
Həbsdə olanlarla görüşə gələ bilməyənlər üçün videogörüşlərin təşkil edilməsi təklif edilib

09 Mart 2021, 13:44 (GMT +4)
İranda Roma papasının İraq səfərini şərh ediblər

09 Mart 2021, 13:39 (GMT +4)
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb

09 Mart 2021, 13:28 (GMT +4)
Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub

09 Mart 2021, 13:14 (GMT +4)
Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb

09 Mart 2021, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

09 Mart 2021, 12:50 (GMT +4)
Rusiyada 3 oktyabrdan bəri ilk dəfə bir sutkada 10 mindən az koronavirusa yoluxma qeydə alınıb

09 Mart 2021, 12:40 (GMT +4)
“Qəbələ” - “Səbail” matçının baş hakimi dəyişib

09 Mart 2021, 12:35 (GMT +4)
ASA ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalanıb (FOTO)

09 Mart 2021, 12:15 (GMT +4)
Hərbçilərə növbəti əlavə ödənişlərin olması təklif edilir

09 Mart 2021, 12:05 (GMT +4)
Bayden iki qadına Silahlı Qüvvələrin komandanlığında yüksək rütbə verib

09 Mart 2021, 12:00 (GMT +4)
Azərbaycanda pasport üçün fotolarda baş örtüyündən istifadəyə icazə verilməsi təklif olunur

09 Mart 2021, 11:45 (GMT +4)
Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı 400 mini ötüb

09 Mart 2021, 11:30 (GMT +4)
Bakıda koronavirusa görə bağlanmış məktəb açılıb

09 Mart 2021, 11:27 (GMT +4)
ABŞ Dövlət Departamentinin rəhbəri Lukaşenkonu Avropanın son diktatoru adlandırıb

09 Mart 2021, 11:15 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

09 Mart 2021, 10:57 (GMT +4)
Ermənistan UNICEF ofisinin rəhbəri ilə əməkdaşlıqdan imtina edib

09 Mart 2021, 10:45 (GMT +4)
AQTA: Ən çox nöqsan Xətaidə aşkarlanıb

09 Mart 2021, 10:30 (GMT +4)
Azərbaycan ABŞ-dakı erməni lobbisinin Pakistana hücumlarını pisləyib (FOTO)

09 Mart 2021, 10:28 (GMT +4)
Ekvatorial Qvineyada baş verən partlayışlar nəticəsində ölənlərin sayı 98-ə çatıb

09 Mart 2021, 10:15 (GMT +4)
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələrindən danışılıb

09 Mart 2021, 10:00 (GMT +4)
MN Füzuli rayonunun Gorazıllı kəndinin görüntülərini yayımlayıb (VİDEO)

09 Mart 2021, 09:57 (GMT +4)
Dünyada son sutkada 354 mindən çox koronavirusa yoluxma halı aşkar edilib

09 Mart 2021, 09:30 (GMT +4)
Vətən Müharibəsində iştirak edən daha bir hərbçimiz şəhid olub

09 Mart 2021, 09:26 (GMT +4)
Estoniya bir ay müddətinə sərt karantin tətbiq edir

09 Mart 2021, 09:15 (GMT +4)
“WhatsApp” bəzi smartfonlarda işləməyəcək

09 Mart 2021, 09:02 (GMT +4)
Bağdadda zəvvarların yolunda partlayış törədilib, şəhid və yaralananlar var (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66