Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan ilə Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

22 Yanvar 2021, 17:00 (GMT +4)

Bakı, 22 yanvar, SalamNews. Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.

Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi qeyd edib.

Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şoyqu Ermənistan Müdafiə Nazirliyinin rəhbəri ilə telefon danışığı keçirib

Müdafiə Nazirliyi həkimlərin işə qəbulunu elan edib

Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib

Müdafiə Nazirliyi: Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür (VİDEO)

Müdafiə Nazirliyində iki istehkamçı tabor yaradılır

Müdafiə Nazirliyi Azıx mağarasının görüntülərini yayıb (VİDEO)

Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib

Müdafiə Nazirliyində Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib

Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçuların yeni siyahısını açıqlayıb

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Əmirvarlı kəndindən reportaj yayımlayıb (VİDEO)

Türkiyənin Müdafiə Nazirliyi Qələbə paradı ilə bağlı videoçarx hazırlayıb

Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürüb

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Zülfüqarlı kəndindən videogörüntüləri yayıb (VİDEO)

Müdafiə Nazirliyi: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir

Müdafiə Nazirliyi Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntülərini yayıb (VİDEO)

Azərbaycan Müdafiə Nazirliyi Laçın şəhərinin videogörüntülərini yayıb (VİDEO)

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

Müdafiə Nazirliyi bir qrup hərbçinin tərxisi ilə bağlı vətəndaşlara müraciət edib

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər yayıb (VİDEO)

08 Mart 2021, 15:08 (GMT +4)
Azərbaycan cüdo üzrə “Böyük dəbilqə” turnirində 14-cü olub

08 Mart 2021, 15:00 (GMT +4)
Azad olunan ərazilərə keçmək istəyən şəxslər saxlanılıb

08 Mart 2021, 14:45 (GMT +4)
Kürdə 36 gün əvvəl batan şəxsin meyiti tapılıb

08 Mart 2021, 14:45 (GMT +4)
Madrid derbisində qollu bərabərlik qeydə alınıb - (VİDEO)

08 Mart 2021, 14:43 (GMT +4)
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin mədəni-tədris mərkəzi fəaliyyətə başlayıb 

08 Mart 2021, 14:33 (GMT +4)
"Milan" səfərdə qələbəyə sevinib - (VİDEO)

08 Mart 2021, 14:31 (GMT +4)
Ayətullah Sistani və Roma Papasının görüşdüyü gün İraqda tolerantlıq günü kimi qeyd ediləcək

08 Mart 2021, 14:30 (GMT +4)
KOBİA: Azərbaycanda sahibkarların 21,3%-ni qadınlar təşkil edir

08 Mart 2021, 14:15 (GMT +4)
BNA könüllüləri dayanacaqlarda xanımlara gül təqdim edib

08 Mart 2021, 14:05 (GMT +4)
Türkiyə çempionatı: Qalatasaray Sivassporla bacarmayıb - (VİDEO)

08 Mart 2021, 14:00 (GMT +4)
DİN: Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

08 Mart 2021, 13:48 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 89,5 minə yaxınlaşıb

08 Mart 2021, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

08 Mart 2021, 13:34 (GMT +4)
İran husilərin Səudiyyə Ərəbistanın neft təsisatlarına hücumuna münasibət bildirib

08 Mart 2021, 13:32 (GMT +4)
Joan Laporta yenidən "Barselona"nın prezidenti seçilib

08 Mart 2021, 13:30 (GMT +4)
MN Zəngilan rayonunun Qaragöz kəndindən videogörüntülər yayıb (VİDEO)

08 Mart 2021, 13:24 (GMT +4)
İbrahim Kalın: "S-400" üzərindən Türkiyəyə təzyiq əks təsir göstərə bilər

08 Mart 2021, 13:15 (GMT +4)
DİN: Zəngilanda təhlükəsizlik tədbirləri gücləndirilib (VİDEO)

08 Mart 2021, 13:09 (GMT +4)
Futzal yığmamız Kişinyovda ilk məşqə çıxıb

08 Mart 2021, 13:00 (GMT +4)
FHN: Badamdarda sürüşmə hadisəsi baş verib

08 Mart 2021, 12:41 (GMT +4)
Bayden gələn ay Yaponiyanın Baş naziri ilə Ağ Evdə görüşməyi planlaşdırır

08 Mart 2021, 12:41 (GMT +4)
Gürcüstanda daha 15 nəfər koronavirusdan ölüb

08 Mart 2021, 12:40 (GMT +4)
Nazirlik Badamdar qəsəbəsində baş verən sürüşmə hadisəsinin səbəbini açıqlayıb

08 Mart 2021, 12:30 (GMT +4)
Kamran Əliyev Azərbaycan xanımlarını təbrik edib

08 Mart 2021, 12:21 (GMT +4)
Canni De Byazi: Portuqaliya yığması bizim onları udacağımızı bilmir

08 Mart 2021, 12:15 (GMT +4)
Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

08 Mart 2021, 12:12 (GMT +4)
Şahzadə Harri və Meqan Markl gizli toy mərasiminin keçirildiyini açıqlayıblar

08 Mart 2021, 12:05 (GMT +4)
İran nüvə sazişi və sanksiyaların ləğvilə bağlı ABŞ-la təmasların olmadığını bildirib

08 Mart 2021, 12:00 (GMT +4)
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlanıb

08 Mart 2021, 11:53 (GMT +4)
Türkiyə MN: İrandan ölkəyə keçməyə çalışan PKK terrorçusu saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66