BMT Suriyada kürd bölmələrinin nəzarətindəki düşərgələrin vəziyyətilə bağlı xəbərdarlıq edib22 Yanvar 2021, 16:42 (GMT +4) Bakı, 22 yanvar, SalamNews, B,Samid. BMT Fəratın şərqində kürd bölmələrinin nəzarətindəki əl-Houl düşərgəsində saxlanılan şəxslərin vəziyyətilə bağlı xəbərdarlıq edib.
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordniatorluğu məlumat yayıb.
Bildirilib ki, BMT cari yanvar ayının əvvəlində Fəratın şərqindəki əl-Houl düşərgəsində 12 iraqlı və suriyalı vətəndaşın ölümü ilə bağlı məlumatlar əldə edib.
BMT-nin sözügedən qurumu burada düşərgəni nəzarətdə saxlayan qurumlara xəbərdarlıq edib və məhbusların vəziyyəti və beynəlxalq təşkilatların nümayəndələrinin işi ilə bağlı tələb irəli sürüb.
Qeyd edək ki, əl-Houl düşərgəsində 62 min qaçqın və müxtəlif radikal birləşmələrə qatılmış silahlıların ailə üzvləri qalır.
|