Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gənclər təşkilatları beynəlxalq əməkdaşlığın genişlənməsi istiqamətində hərəkətə keçir

22 Yanvar 2021, 16:16 (GMT +4)

Bakı, 22 yanvar, SalamNews. Ölkəmizin aparıcı gənclər təşkilatları beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişafı və Azərbaycan gənclərinin nüfuzlu təşkilatlarda təmsilçiliyinin artırılması istiqamətində daha intensiv fəaliyyətə başlayır.

Məlumdur ki, 44 günlük müharibə dövründə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın haqq mübarizəsinə kölgə salan bəyanatlar dərc etdi. Ölkəmizin əleyhinə dərc olunmuş bəyanatlar Azərbaycanın şanlı qələbəsinin qarşısını ala bilməsə də, beynəlxalq təşkilatlarda Azərbaycan gənclərinin təmsilçiliyinin genişləndirilməsinin vacibliyini bir daha nümayiş etdirmiş olub. 

SalamNews-un məlumatına görə, bu məqsədlə Azərbaycanın ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələri üçün 21 yanvar 2021-ci il tarixində “Gənclər təşkilatlarının beynəlxalq təşkilatlarla əlaqələrinin gücləndirilməsi” mövzusunda onlayn vebinar keçirilib. 50-dən çox gənclər təşkilatları nümayəndəsinin iştirak etdiyi vebinarda Dünya Skautlarının İdarə Heyətinin üzvü İlyas İsmayıllı gənclər təşkilatları nümayəndələrinin beynəlxalq təşkilatlarda təmsil olunması və əlaqələrin qurulması ilə bağlı öz təcrübəsini bölüşüb. 

NAYORA-nın sədri Azər Əliyev çıxışı zamanı beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması vacibliyinə toxunaraq, gənclər təşkilatlarının nümayəndələrini bu istiqamətdə daha fəal olmağa səslədi. 

Vebinarın sonunda iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı müzakirələr aparılıb. 

Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurasının əsas məqsədi öz tərkibinə daxil olan gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır. NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.

 

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 Mart 2021, 14:27 (GMT +4)
Mikayıl Cabbarov: “Aİ şirkətləri iqtisadi fəaliyyət üçün ölkəmizi seçir"

09 Mart 2021, 14:23 (GMT +4)
Futzal üzrə Azərbaycan yığması Moldova ilə qarşılaşır

09 Mart 2021, 14:17 (GMT +4)
İtaliyada koronavirusdan ölənlərin sayı 100 mini keçib

09 Mart 2021, 14:07 (GMT +4)
Astarada atasına məxsus avtomobillə avtoxuliqanlıq edən şəxs həbs olunub

09 Mart 2021, 14:00 (GMT +4)
Türkiyə klubunun futbolçusu yığmamıza çağırılıb

09 Mart 2021, 13:52 (GMT +4)
Həbsdə olanlarla görüşə gələ bilməyənlər üçün videogörüşlərin təşkil edilməsi təklif edilib

09 Mart 2021, 13:44 (GMT +4)
İranda Roma papasının İraq səfərini şərh ediblər

09 Mart 2021, 13:39 (GMT +4)
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb

09 Mart 2021, 13:28 (GMT +4)
Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub

09 Mart 2021, 13:14 (GMT +4)
Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb

09 Mart 2021, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

09 Mart 2021, 12:50 (GMT +4)
Rusiyada 3 oktyabrdan bəri ilk dəfə bir sutkada 10 mindən az koronavirusa yoluxma qeydə alınıb

09 Mart 2021, 12:40 (GMT +4)
“Qəbələ” - “Səbail” matçının baş hakimi dəyişib

09 Mart 2021, 12:35 (GMT +4)
ASA ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalanıb (FOTO)

09 Mart 2021, 12:15 (GMT +4)
Hərbçilərə növbəti əlavə ödənişlərin olması təklif edilir

09 Mart 2021, 12:05 (GMT +4)
Bayden iki qadına Silahlı Qüvvələrin komandanlığında yüksək rütbə verib

09 Mart 2021, 12:00 (GMT +4)
Azərbaycanda pasport üçün fotolarda baş örtüyündən istifadəyə icazə verilməsi təklif olunur

09 Mart 2021, 11:45 (GMT +4)
Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı 400 mini ötüb

09 Mart 2021, 11:30 (GMT +4)
Bakıda koronavirusa görə bağlanmış məktəb açılıb

09 Mart 2021, 11:27 (GMT +4)
ABŞ Dövlət Departamentinin rəhbəri Lukaşenkonu Avropanın son diktatoru adlandırıb

09 Mart 2021, 11:15 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

09 Mart 2021, 10:57 (GMT +4)
Ermənistan UNICEF ofisinin rəhbəri ilə əməkdaşlıqdan imtina edib

09 Mart 2021, 10:45 (GMT +4)
AQTA: Ən çox nöqsan Xətaidə aşkarlanıb

09 Mart 2021, 10:30 (GMT +4)
Azərbaycan ABŞ-dakı erməni lobbisinin Pakistana hücumlarını pisləyib (FOTO)

09 Mart 2021, 10:28 (GMT +4)
Ekvatorial Qvineyada baş verən partlayışlar nəticəsində ölənlərin sayı 98-ə çatıb

09 Mart 2021, 10:15 (GMT +4)
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələrindən danışılıb

09 Mart 2021, 10:00 (GMT +4)
MN Füzuli rayonunun Gorazıllı kəndinin görüntülərini yayımlayıb (VİDEO)

09 Mart 2021, 09:57 (GMT +4)
Dünyada son sutkada 354 mindən çox koronavirusa yoluxma halı aşkar edilib

09 Mart 2021, 09:30 (GMT +4)
Vətən Müharibəsində iştirak edən daha bir hərbçimiz şəhid olub

09 Mart 2021, 09:26 (GMT +4)
Estoniya bir ay müddətinə sərt karantin tətbiq edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66