Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN Avropa Parlamentinin qətnaməsini şərh edib: Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb

22 Yanvar 2021, 16:00 (GMT +4)

Bakı, 22 yanvar, SalamNews. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı açıqlama verib.

SalamNews-un məlumatına görə, L. Abdullayeva bildirib ki, bu il yanvar 20-də Avropa Parlamentinin (AP) qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnaməsi və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı şəkildə əks olunub: “Bəzi ermənipərəst dairələrinin səylərinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Azərbaycanın və digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair mövqeyində hər hansı dəyişiklik baş vermədi.

Sənəddə, həmçinin qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat müsbət qarşılanır, gələcək sülh üçün bu razılaşmanın daha yaxşı perspektivlər açacağına ümid ifadə olunur. Burada, mülki əhalinin öldürülməsi, mülki infrastrukturun dağıdılması, kasetli döyüş sursatlarından istifadə pislənir və bu xüsusda həm Ermənistan, həm də Azərbaycana çağırışlar edilir. Sənəddə məcburi köçkünlər və qaçqınların evlərinə geri qayıtması, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, habelə müharibə cinayətlərinə məsul olanların qanun qarşısında cavab verməsi kimi məsələlər əks olunub.

Bir sözlə, Avropa Parlamenti qətnaməsi Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrlə bağlı bütün məsələlərin həllini məhz beynəlxalq hüquq əsasında, ilk növbədə isə ŞT ölkələrinin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüklərinin Aİ tərəfindən qətiyyətli dəstəklənməsi əsasında həll edilməsinin vacibliyini son 4 ildə olduğu kimi bir daha vurğulayıb.

O ki qaldı qətnamədə əks olunmuş bəzi əsassız və gecikmiş məqamlara, onlara aydınlıq gətirmək istərdik. İlk növbədə, bölgənin gələcək statusu və Dağlıq Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı mövqeyimiz bəllidir və birmənalı şəkildə dəfələrlə ifadə olunub. Bu mövqe ilə tanış olmayan AP üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb, erməni əhalisinin və irsinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan Konstitusiyası ilə təmin olunur; tarixi-mədəni abidələr isə dövlət səviyyəsində qorunur.

Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu xüsusda müstəsna rol oynayır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İran Türkiyənin Tehrandakı səfirini XİN-ə çağırıb

İran səfiri Türkiyə XİN-ə çağırılıb

Sahil Babayev: Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

Fars Körfəzi yaxınlığında İsrail gəmisinə hücum edilib, partlayış baş verib

DSMF: Bu il elektron qaydada 6700-ə yaxın şəxsə sosial müavinət təyin olunub

PFL təxirə salınan oyunların tarixini açıqlayıb

Almaniyada son sutkada on minə yaxın insana COVID-19 diaqnozu qoyulub

ABŞ-ın Suriyaya aviazərbələrindən sonra İran və Suriya XİN rəhbərləri danışıblar

XİN Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Ermənistanda müxalifət lideri parlamentin yaxınlığında barrikadalar qurmağa çağırıb

Rusiya və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı baş tutub

İranda koronavirusdan ölənlərin sayı 60 minə yaxınlaşır

Azərbaycan tərəfi Lüksemburq XİN başçısına cavab verib

Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb

İran və Cənubi Koreya XİN rəhbərləri bloklanmış yeddi milyad dollarla bağlı danışıqlar aparıblar

Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul edib

Bakı-Qazax yolunda zəncirvari qəza: 30-a yaxın avtomobil toqquşub

Bu gün Ankarada Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçıları görüşəcək

Azərbaycan XİN başçısı səfirin öldürülməsi ilə bağlı İtaliyaya başsağlığı verib

AAYDA ötən il 1 400 km-ə yaxın yolda iş görüb

01 Mart 2021, 13:23 (GMT +4)
Dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” gəmi-muzeyinin açılışı olub

01 Mart 2021, 13:14 (GMT +4)
Salyanda qanunsuz ov edən şəxslər saxlanılıb

01 Mart 2021, 13:00 (GMT +4)
Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində iştirak edib

01 Mart 2021, 12:54 (GMT +4)
Suqa oğlunun dövlət məmurları ilə təmasları ətrafında yaşanan qalmaqala görə üzr istəyib

01 Mart 2021, 12:54 (GMT +4)
Abbas Əraqçi: İran Qarabağın işğalına qarşı olub və hətta orada şəhidlər verib

01 Mart 2021, 12:45 (GMT +4)
“YAŞAT” Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərib

01 Mart 2021, 12:30 (GMT +4)
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlanıb

01 Mart 2021, 12:18 (GMT +4)
Paris məhkəməsi Sarkozi ilə bağlı qərarını bu gün elan edəcək

01 Mart 2021, 12:06 (GMT +4)
Bütün Qarabağ torpaqları Azərbaycana qayıtmalıdır – Ayətullah Ərafi

01 Mart 2021, 12:00 (GMT +4)
DİN: İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

01 Mart 2021, 11:45 (GMT +4)
Təhsil Nazirliyi: III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək

01 Mart 2021, 11:41 (GMT +4)
ABŞ Venesuelaya qarşı sanksiyaların yüngülləşdirilməsinin şərtlərini açıqlayıb

01 Mart 2021, 11:30 (GMT +4)
Bakıda bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb

01 Mart 2021, 11:15 (GMT +4)
DİN: Həftəsonu yol qəzalarında 3 nəfər ölüb

01 Mart 2021, 11:14 (GMT +4)
İranın Qum şəhərində Qarabağla bağlı beynəlxalq konfrans keçirilir (FOTO)

01 Mart 2021, 11:05 (GMT +4)
Çexiya Baş naziri və ailəsini öldürməklə hədələyiblər 

01 Mart 2021, 11:00 (GMT +4)
Ceyhun Bayramov: Multikultural cəmiyyət kimi daha yaxşı gələcək qurmağa sadiqik

01 Mart 2021, 10:58 (GMT +4)
Tramp yeni partiyanın yaradılması iddialarını rədd edib

01 Mart 2021, 10:56 (GMT +4)
2 şahmatçımız FİDE-nin yeni reytinq cədvəlində irəliləyib

01 Mart 2021, 10:52 (GMT +4)
İran sanksiyalar götürülmədən ABŞ-ın olduğu qrupla müzakirə masasına oturmayacağını bildirib

01 Mart 2021, 10:45 (GMT +4)
Cəlilabad bələdiyyəsinin sədri məsuliyyətə cəlb edilib

01 Mart 2021, 10:30 (GMT +4)
Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başlayıb

01 Mart 2021, 10:15 (GMT +4)
MN Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər yayıb (VİDEO)

01 Mart 2021, 10:00 (GMT +4)
Meksikalı parlamentar Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

01 Mart 2021, 09:59 (GMT +4)
İran Türkiyənin Tehrandakı səfirini XİN-ə çağırıb

01 Mart 2021, 09:45 (GMT +4)
İran səfiri Türkiyə XİN-ə çağırılıb

01 Mart 2021, 09:45 (GMT +4)
Əfv Komissiyasının növbəti iclası sabah keçiriləcək

01 Mart 2021, 09:32 (GMT +4)
Bu gün Qarabağla bağlı işçi qrupunun dördüncü iclası keçiriləcək

01 Mart 2021, 09:24 (GMT +4)
İsrail Dəməşqin ətrafını hədəfə alıb, havadan müdafiə cavab verib (VİDEO)

01 Mart 2021, 09:15 (GMT +4)
Peruda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66