Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Samuxda 40 km-lik yerli əhəmiyyətli yol yenidən qurulub

22 Yanvar 2021, 17:30 (GMT +4)

Bakı, 22 yanvar, SalamNews. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" ölkə prezidentinin sərəncamına əsasən hazırlanmış layihəyə uyğun olaraq, Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulmasını yekunlaşdırıb.

Bu barədə SalamNews-a qurumdan bildirilib.

Məlumata görə, bu, 28,1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4,6 km, Qarabağlı yolunun uzunluğu 2,8 km, Salahlı yolunun uzunluğu isə 4 km təşkil edir.

Yenikənd-Poylu avtomobil yolu IV texniki dərəcəli olmaqla qara örtüklü idi. Avtomobil yolu uzun illər istismar olunduğundan təmirlər arası istismar müddətini keçmişdir. Avtomobil yolunun torpaq yatağı deformasiyaya uğramış, yolda qabarma və çökmələr əmələ gəlib. Yolun 14-26 km hissəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan atmosfer və suvarma sularının təsiri altında qalırdı. Bu səbəbdən örtükdə çoxlu sayda çalalar, çökmələr və gölməçələr əmələ gəlmişdir. Yolun torpaq yatağının yerin təbii relyefindən qaldırılmasına və yenidən təmir olunmasına ehtiyac yaranıb.

Layihə çərçivəsində mövcud örtük qazılaraq kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılıb. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri olan yerlərdə yeniləri qurulub.

Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri aparılıb.

Daha sonra optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılıb, yeni asfalt-beton örtüyü döşənib.

Anoloji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında da aparılıb. Çınqıl və qara örtükdən ibarət avtomobil yolları uzun illər boyu istismar olunduğundan örtük və torpaq yatağı aşınmaya məruz qalaraq yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, qruntun yayılaraq profilə salınması və kipləşdirilməsi, yol əsasının alt və üst layının tikintisi işləri görülüb.

Sözügedən yollarda yerləşən suötürücü borular da uzun illər istismar olunduğundan boruların orta hissələri çökmüş, sukeçiricilik qabiliyyətin itirmiş, istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik 39 yeni dəmir-beton suötürücü borunun quraşdırılması, mövcud körpünün təmiri işləri də layihə çərçivəsində həyata keçirilib.

Yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yollar boyu əlaqələndirici bitum səpilməklə 230 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün tədbirlər həyata keçirilib. Belə ki, zəruri yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilərək, avtobus dayanacaqları quraşdırılıb.

Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdırıb.

Ümumilikdə bu layihə yol boyu yaşayan hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AAYDA gücləndirilmiş iş rejiminə keçib

AAYDA ötən il 1 400 km-ə yaxın yolda iş görüb

AAYDA: Şimal-qərb istiqamətində yeni yolun və körpülərin inşasına başlanılıb (FOTO)

AAYDA: 3 sərhəd-keçid məntəqəsi arasında avtomobil yolu genişləndirilir

AAYDA: M1 magistralının bir hissəsində təmir-bərpa işlərinin ilk mərhələsi bitir

AAYDA: Şamaxıdakı Şəhriyar-Kələxana avtomobil yolu yenidən qurulub

AAYDA: Xırdalan dairəsində yeni tikilən körpüdə işlər bitmək üzrədir

AAYDA: Gürcüstanla dövlət sərhədinə qədər yolun genişləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

AAYDA: Nərimanov rayonunun yol problemi həll edilir

AAYDA: Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir

AAYDA 5 minə yaxın aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

AAYDA daha 1 500 aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

AAYDA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait köçürüb

AAYDA sürücülərə sürət həddinə əməl etmələri ilə bağlı çağırış edib

Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

AAYDA bu ilin I rübünə yekun vurub

AAYDA-nın idarə heyətinin sədri vətəndaşları qəbul edib

AAYDA: Bəzi yollarda təmir işləri aparılacaq

AAYDA avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb

09 Mart 2021, 13:52 (GMT +4)
Həbsdə olanlarla görüşə gələ bilməyənlər üçün videogörüşlərin təşkil edilməsi təklif edilib

09 Mart 2021, 13:44 (GMT +4)
İranda Roma papasının İraq səfərini şərh ediblər

09 Mart 2021, 13:39 (GMT +4)
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb

09 Mart 2021, 13:28 (GMT +4)
Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub

09 Mart 2021, 13:14 (GMT +4)
Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb

09 Mart 2021, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

09 Mart 2021, 12:50 (GMT +4)
Rusiyada 3 oktyabrdan bəri ilk dəfə bir sutkada 10 mindən az koronavirusa yoluxma qeydə alınıb

09 Mart 2021, 12:35 (GMT +4)
ASA ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalanıb (FOTO)

09 Mart 2021, 12:15 (GMT +4)
Hərbçilərə növbəti əlavə ödənişlərin olması təklif edilir

09 Mart 2021, 12:05 (GMT +4)
Bayden iki qadına Silahlı Qüvvələrin komandanlığında yüksək rütbə verib

09 Mart 2021, 12:00 (GMT +4)
Azərbaycanda pasport üçün fotolarda baş örtüyündən istifadəyə icazə verilməsi təklif olunur

09 Mart 2021, 11:45 (GMT +4)
Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı 400 mini ötüb

09 Mart 2021, 11:30 (GMT +4)
Bakıda koronavirusa görə bağlanmış məktəb açılıb

09 Mart 2021, 11:27 (GMT +4)
ABŞ Dövlət Departamentinin rəhbəri Lukaşenkonu Avropanın son diktatoru adlandırıb

09 Mart 2021, 11:15 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

09 Mart 2021, 10:57 (GMT +4)
Ermənistan UNICEF ofisinin rəhbəri ilə əməkdaşlıqdan imtina edib

09 Mart 2021, 10:45 (GMT +4)
AQTA: Ən çox nöqsan Xətaidə aşkarlanıb

09 Mart 2021, 10:30 (GMT +4)
Azərbaycan ABŞ-dakı erməni lobbisinin Pakistana hücumlarını pisləyib (FOTO)

09 Mart 2021, 10:28 (GMT +4)
Ekvatorial Qvineyada baş verən partlayışlar nəticəsində ölənlərin sayı 98-ə çatıb

09 Mart 2021, 10:15 (GMT +4)
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələrindən danışılıb

09 Mart 2021, 10:00 (GMT +4)
MN Füzuli rayonunun Gorazıllı kəndinin görüntülərini yayımlayıb (VİDEO)

09 Mart 2021, 09:57 (GMT +4)
Dünyada son sutkada 354 mindən çox koronavirusa yoluxma halı aşkar edilib

09 Mart 2021, 09:30 (GMT +4)
Vətən Müharibəsində iştirak edən daha bir hərbçimiz şəhid olub

09 Mart 2021, 09:26 (GMT +4)
Estoniya bir ay müddətinə sərt karantin tətbiq edir

09 Mart 2021, 09:15 (GMT +4)
“WhatsApp” bəzi smartfonlarda işləməyəcək

09 Mart 2021, 09:02 (GMT +4)
Bağdadda zəvvarların yolunda partlayış törədilib, şəhid və yaralananlar var (VİDEO)

09 Mart 2021, 09:00 (GMT +4)
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

09 Mart 2021, 08:50 (GMT +4)
Bu gün müsəlmanların yeddinci imamı Musa əl-Kazimin (ə) şəhid edildiyi gündür

09 Mart 2021, 01:43 (GMT +4)
"Çelsi" "Everton"u məğlub edib - (VİDEO)

09 Mart 2021, 00:06 (GMT +4)
"Fənərbaxça" 3 qolla qələbə qazanıb, "Trabzonspor" öz meydanında uduzub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66