Çində son sutkada 222 nəfər koronavirusa yoluxub22 Yanvar 2021, 14:57 (GMT +4) Bakı, 22 yanvar, SalamNews. Çində son sutkada 222 nəfərin koronavirusa yoluxduğu aşkar edilib.
Bu barədə "TASS" Çin Xalq Respublikasının Dövlət Gigiyena və Səhiyyə Komitəsinə istinadən xəbər verir.
Yeni yoluxanlardan 119-u asemptomatik daşıyıcıdır.
Ötən il 15 aprel tarixindən etibarən bütün dövr ərzində ölkədə yalnız bir nəfərin virusdan ölümü qeydə alınıb.
Yerli tibb müəssisələrində 1.674 xəstə müalicə alır.
SalamNews xəbər verir ki, son sutkada 27 nəfər sağalıb.
|