İsrail baş naziri gələn ay BƏƏ və Bəhreynə gedəcək22 Yanvar 2021, 11:01 (GMT +4) Bakı, 22 yanvar, SalamNews, B,Samid. İsrailin baş naziri Benyamin Netanyahu gələn ay Birləşmiş Ərəb Əmirliklərinə və Bəhreynə rəsmi səfərə gedəcək.
SalamNews bu barədə İsrailin tanınmış informasiya agentliyi Walla.news-a istinadla xəbər verir.
Bildirilib ki, baş nazir Netanyahu fevralda Birləşmiş Ərəb Əmirliklərinə və Bəhreynə rəsmi səfərə gedəcək.
Məlumata görə səfər 9-11 fevral tarixində baş tutacaq.
Qeyd edək ki, səfər bu ay baş tutmalı idi, lakin koronavirus pandemiyasına görə təxirə salınıb.
BƏƏ və Bəhreyn ötən ilin sentyabr ayında Vaşinqtonda İsraillə münasibətləri normallaşdırmaq və rəsmiləşdirməklə bağlı anlaşma imzalayıblar. İsraillə münasibətləri normallaşdıran ərəb dövlətlərinin sayı 6-a çatıb.
|