Bayden fevralda ABŞ-da koronavirusdan ölənlərin sayının 500 minə çatacağını proqnozlaşdırıb22 Yanvar 2021, 09:27 (GMT +4) Bakı, 22 yanvar, SalamNews. Fevral ayında ABŞ-da koronavirusdan ölənlərin sayı 500 minə çatacaq. SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.
"Məsələyə aydınlıq gətirim: vəziyyət yaxşılaşmadan əvvəl pisləşməyə davam edəcək", Bayden deyib.
ABŞ virusun yayılmasında dünyada birinci yeri tutur.
Məlumata görə, ölkədə 24,5 milyon nəfər virusa yoluxub, 408 min insan ölüb.
|