Naxçıvanda zəlzələ olub22 Yanvar 2021, 09:20 (GMT +4) Bakı, 22 yanvar, SalamNews. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, Şahbuz stansiyasından 12 km şimal-qərbdə zəlzələ olub.
Bu barədə SalamNews-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss edilib. Yeraltı təkanlar yerli vaxtla saat 23:23-də qeydə alınıb.
Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
|