İsrail Suriya ərazisini aviazərbələrlə hədəfə alıb, havadan müdafiə hərəkətə keçib (VİDEO)
22 Yanvar 2021, 08:46 (GMT +4)
Bakı, 22 yanvar, SalamNews, B,Samid. İsrail Suriyanın Həma əyalətində bir sıra obyektləri aviazərbələrlə hədəfə alıb. Hücumda istifadə edilən raketlərin çoxu zərərsizləşdirilib.
SalamNews Suriyanın dövlət xəbər agentliyi SANA-a istinadla xəbər verir ki, İsrail təyyarələri bu gün sübh Livan səmasından Suriyanın Həma əyalətində bir sıra obyektləri hədəfə almağa çalışıblar.
Suriyanın Havadan müdafiə sistemləri hərəkərə keçərək, raketlərin çoxunu zərərsizləşdirib.
Bu hücumun xəsarətləri və tələfatı haqda hələ məlumat yoxdur.
İsrail cari ayın əvvəlində də Dəməşqətrafı əyalətə hava zərbələri endirmişdi. Suriyanın Colan Yüksəkliklərini işğal edən İsrail, bu ölkədə İrana bağlı olan qüvvələrin yerləşməsinə, eləcə də, bölgədən raket və digər silahların keçməsinə imkan verməyəcəyini bildirir.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.