Bakı, 21 yanvar, SalamNews. Çində həkimlər son sutkada 144 yeni koronavirusa yoluxma təsbit edib. Bu barədə Çin Dövlət Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.
Yoluxanlardan 18-i xaricdən gəlib.
Digər 126 yoluxma daxili xarakter daşıyır.
SalamNews RT-yə istinadən xəbər verir ki, 14 yanvarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bir qrup mütəxəssisi Çinin Uxan şəhərinə gedib.