Bağdadın mərkəzində şiddətli partlayış törədilib, azı 8 ölü var (VIDEO)
21 Yanvar 2021, 12:25 (GMT +4)
Bakı, 21 yanvar, SalamNews, B,Samid. Bağdadın mərkəzində "Bab-Şərqi" adlı bazar yaxınlığında bir kamikadze tərəfindən şiddətli partlayış törədilib.
SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, Bağdadın "Bab-Şərqi" adlı bazarı yaxınlığında bir kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 8 nəfər ölüb və 15 nəfər həyatını itirib.
Məlumata görə bu partlayışdan az sonra daha bir partlayış yaxınlıqda yerləşən "ət-Təyəran" medanında baş verib.
İkinci partlayışın da kamikadze tərəfindən həyata keçirildiyi deyilir.
Ölən və yaralananların çoxu mülki şəxslərdir.
Hücumun İŞİD tərəfindən həyata keçirildiyi ehtimal olunur.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.