Türkiyədə 1 milyondan çox insana koronavirus əleyhinə peyvənd vurulub20 Yanvar 2021, 16:40 (GMT +4) Bakı, 20 yanvar, SalamNews. Türkiyə Səhiyyə Nazirliyi, ölkədə 1 milyondan çox vətəndaşın COVID-19 koronavirusuna qarşı peyvəndləndiyini açıqlayıb.
SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, Türkiyədə peyvənd vurulanların sayı 1.1355 nəfər təşkil edib.
Daha əvvəl ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana ilk koronavirus peyvənd dozunun vurulduğu açıqlanmışdı.
Yanvarın 13-dən Türkiyədə Çinin "CoronaVac" preparatı ilə koronavirusa qarşı peyvəndlənmə başlayıb.
|