Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə rayon şəhidlər xiyabanı ziyarət edilib (FOTO)

20 Yanvar 2021, 16:15 (GMT +4)

Bakı, 20 yanvar, SalamNews. Bu gün Daşkəsəndə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri və sakinlər qəmli musiqi sədaları altında şəhid məzarlarını ziyarət edib, tər güllər düzüblər.

Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər xiyabanında çıxış edib. O, çıxışında deyib:

- 1990-cı il yanvarın 19-dan 20-nə ke¬çən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü açdı.

Xalq o günlərdə böyük bir həqiqəti meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. Qüdrətli liderin respublikada yoxluğu kimi dərk olundu. Amma xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu.

Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayən-dəliyinə gəldi. Ulu öndər təcavüzə kəs¬kin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin it¬tiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi  özü də imperiyanın mərkəzində, Moskovada...

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 Yanvar faciəsində müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

Bu il xalqımız 20 Yanvar hadisələrinin otuz birinci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Sentyabrın 27-dən başlayan cəmi 44 gün çəkən tarixi qələbəmizi qazanan, Vətən müharibəsini başa çatdıran 30 il erməni işğalı altında olan Qarabağı azad edən möhtərəm Prezidentimiz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin möhtəşəm tarixi zəfərini bütün dünya qəbul edib Cənubi Qafqazda yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşıb. Xalqımızın birliyi hesabına qəhrəman Azərbaycan ordusu dövlətimizin üçrəngli bayrağını əsrlər boyu yaşadacağını bütün dünyaya bəyan etdi.

Qarabağ Azərbaycandır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Həmçinin Vətən müharibəsi iştirakçıları ilə görüşən Əhəd Abıyev torpaq uğrunda canından keçən hər bir şəhidin, hər bir qazinin cəmiyyətimiz üçün nümunə olduqlarını və heç vaxt unudulmayacaqlarını bildirib. Əhəd Abıyev vurğulayıb ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Daşkəsən rayonunda şəhid ailələrinin üzvləri və qazilər ilə görüşlərin keçirilməsi davam edəcək, dövlətin yaratdığı bütün imkanlardan onların istifadə etmələri üçün köməklik olunacaqdır.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Daşkəsən rayon Şəhidlər xiyabanının kompleks formada müasir şəkildə abadlaşdırılması və yenidən qurulması işləri davam etdirilir. Daşkəsən rayonunun Şəhidlər xiyabanında şəhidlərimizin məzar daşlarının hazırlanması, yas mərasimlərinin təşkili və digər yardımların göstərilməsi Daşkəsən rayon İcra hakimiyyətinin daxili imkanları hesabına olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Mart 2021, 15:08 (GMT +4)
Azərbaycan cüdo üzrə “Böyük dəbilqə” turnirində 14-cü olub

08 Mart 2021, 15:00 (GMT +4)
Azad olunan ərazilərə keçmək istəyən şəxslər saxlanılıb

08 Mart 2021, 14:45 (GMT +4)
Kürdə 36 gün əvvəl batan şəxsin meyiti tapılıb

08 Mart 2021, 14:45 (GMT +4)
Madrid derbisində qollu bərabərlik qeydə alınıb - (VİDEO)

08 Mart 2021, 14:43 (GMT +4)
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin mədəni-tədris mərkəzi fəaliyyətə başlayıb 

08 Mart 2021, 14:33 (GMT +4)
"Milan" səfərdə qələbəyə sevinib - (VİDEO)

08 Mart 2021, 14:31 (GMT +4)
Ayətullah Sistani və Roma Papasının görüşdüyü gün İraqda tolerantlıq günü kimi qeyd ediləcək

08 Mart 2021, 14:30 (GMT +4)
KOBİA: Azərbaycanda sahibkarların 21,3%-ni qadınlar təşkil edir

08 Mart 2021, 14:15 (GMT +4)
BNA könüllüləri dayanacaqlarda xanımlara gül təqdim edib

08 Mart 2021, 14:05 (GMT +4)
Türkiyə çempionatı: Qalatasaray Sivassporla bacarmayıb - (VİDEO)

08 Mart 2021, 14:00 (GMT +4)
DİN: Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

08 Mart 2021, 13:48 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 89,5 minə yaxınlaşıb

08 Mart 2021, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

08 Mart 2021, 13:34 (GMT +4)
İran husilərin Səudiyyə Ərəbistanın neft təsisatlarına hücumuna münasibət bildirib

08 Mart 2021, 13:32 (GMT +4)
Joan Laporta yenidən "Barselona"nın prezidenti seçilib

08 Mart 2021, 13:30 (GMT +4)
MN Zəngilan rayonunun Qaragöz kəndindən videogörüntülər yayıb (VİDEO)

08 Mart 2021, 13:24 (GMT +4)
İbrahim Kalın: "S-400" üzərindən Türkiyəyə təzyiq əks təsir göstərə bilər

08 Mart 2021, 13:15 (GMT +4)
DİN: Zəngilanda təhlükəsizlik tədbirləri gücləndirilib (VİDEO)

08 Mart 2021, 13:09 (GMT +4)
Futzal yığmamız Kişinyovda ilk məşqə çıxıb

08 Mart 2021, 13:00 (GMT +4)
FHN: Badamdarda sürüşmə hadisəsi baş verib

08 Mart 2021, 12:41 (GMT +4)
Bayden gələn ay Yaponiyanın Baş naziri ilə Ağ Evdə görüşməyi planlaşdırır

08 Mart 2021, 12:41 (GMT +4)
Gürcüstanda daha 15 nəfər koronavirusdan ölüb

08 Mart 2021, 12:40 (GMT +4)
Nazirlik Badamdar qəsəbəsində baş verən sürüşmə hadisəsinin səbəbini açıqlayıb

08 Mart 2021, 12:30 (GMT +4)
Kamran Əliyev Azərbaycan xanımlarını təbrik edib

08 Mart 2021, 12:21 (GMT +4)
Canni De Byazi: Portuqaliya yığması bizim onları udacağımızı bilmir

08 Mart 2021, 12:15 (GMT +4)
Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

08 Mart 2021, 12:12 (GMT +4)
Şahzadə Harri və Meqan Markl gizli toy mərasiminin keçirildiyini açıqlayıblar

08 Mart 2021, 12:05 (GMT +4)
İran nüvə sazişi və sanksiyaların ləğvilə bağlı ABŞ-la təmasların olmadığını bildirib

08 Mart 2021, 12:00 (GMT +4)
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlanıb

08 Mart 2021, 11:53 (GMT +4)
Türkiyə MN: İrandan ölkəyə keçməyə çalışan PKK terrorçusu saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66