Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 21.152 nəfər artıb20 Yanvar 2021, 15:05 (GMT +4) Bakı, 20 yanvar, SalamNews. Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 21.152 nəfər artıb. Xəstələrin ümumi sayı 3.633.952-yə çatıb.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə koronavirusla mübarizə üzrə əməliyyat qərargahından jurnalistlərə məlumat verilib.
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı 597 nəfər artıb.
Ümumilikdə 67.220 xəstə virusdan ölüb.
|