İran Silahlı Qüvvələri son 20 gündə beşinci hərbi təlimini keçirir20 Yanvar 2021, 09:37 (GMT +4) Bakı, 20 yanvar, SalamNews, B,Samid. İran Ordusu Oman dənizi sahilində hərbi təlim keçirir.
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, İran Ordusu ötən gündən başlayaraq, ölkənin cənub-şərqində Məkran sahillərində hərbi təlimlərə başlayıb.
“İqtidar -99” adlı bu hərbi təlimlər iki gün çəkəcək.
İran Ordusunun quru, dəniz və hava qüvvələri qeyd edilən hərbi təlimə cəlb ediliblər.
Son 3 həftə ərzində İran Silahlı Qüvvələrinin müxtəlif korpusları, o cümlədən Keçikçilər Ordusu, malik olduğu PUA, ballistik raket və sair imkanlarını nümayiş etdiriblər.
|