Peskov bəyan edib ki, Navalnı ilə bağlı vəziyyət Putinin xüsusi diqqətini tələb etmir19 Yanvar 2021, 17:20 (GMT +4) Bakı, 19 yanvar, SalamNews. Aleksey Navalnı işi və məhkəmə prosesi çərçivəsində onun hüquqlarının qorunması ilə bağlı vəziyyət Rusiya prezidenti Vladimir Putinin xüsusi diqqətini tələb etmir.
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu, prezidentin xüsusi diqqətini tələb edən vəziyyət deyil”, - Peskov deyib.
Onun sözlərinə görə, bütün ölkə vətəndaşlarının hüquqları qanunlarla və Rusiyanın nəzarət qurumları tərəfindən qorunur və bu hal istisna deyil.
|